adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 May 2018 11:03
12843
SAĞLAMLIQ
A- A+

Qocalmanı tezləşdirən qidalar

Cavan və təravətli görünmək hər kəsin arzusudur.

Burada irsiyyat böyük rol oynayır. Lakin istehlak etdiyimiz qidaların da rolunu danmayaq. Bəzi məhsullar var ki, onlar xarici qocalmanı tezləşdirir - dəri həddindən artıq zəif, sallaq olur, qırışlar çox dərin olur.

Sağlamolun.az qocalmanı tezləşdirən məhsulların siyahısını təqdim edir:

Şəkər

Şəkər və şirniyyatlar dərinin qocalmasını tezləşdirir. Şəkər dərinin cavanlığını təmin edən kollagenin parçalanmasını tezləşdirir ki, bu da dərini daha sallaq, qırışları daha dərin edir. Bu səbəbdən dərinin cavanlığını qorumaq istəyirsinizsə, şəkərin istehlakını minimuma çatdırın.

Kolbasa və sosis

Bu məhsulların tərkibində fosfat əlavələri var ki, bu maddələr kapilyar və damarları zəiflədir. Nəticədə dərinin qanla təchiz olunması pozulur və bu da dərinin daha tez qocalmasına və solmasına səbəb olur.

Marqarin

Corc Vaşınqton Universiteti (ABŞ) alimləri sübut ediblər ki, marqarin və s. trans-yağların istehlakı bütün orqanizmin və o cümlədən dərinin qocalmasını tezləşdirir. Bundan əlavə trans-yağlarının daim istehlakı ürək-damar sistemi xəstəliklərinin riskini xeyli artırır.

Süd

İsveç alimləri sübut ediblər ki, südün tez-tez istehlakı sümük, oynaq və dərinin qocalmasını tezləşdirir. Alimlərin fikrinə görə, südün tərkibində olan laktoza orqanizmdə iltihabın yaranmasına təkan verir.

Əksinə isə süd turşulu (qatıq, kefir, kəsmik və s.) məhsulların istehlakı orqanizmdə iltihabı azaldır, ürək-damar sistemi, sümük, oynaqlar və dərinin qocalmasını ləngidir.