adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 May 2018 11:16
26181
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: QALACAM ÖMRÜNDƏ























İncidin ki , soruşmadan -izinsiz

Tellərinə toxunmuşam - meh kimi...
Bilmədin ki, baxışının odunda -
Qurumuşam , yox olmuşam şeh kimi...

Xoş danışıb verməsən də dil barı
Baxışınla kipriyimi sil barı!
Sən özümü uzaq tutdun , bil , barı -
Telindəki izlərimi beh kimi...

Ötən günü , ötən anı boş tutdun...
Ümidimi suvarmadın - qurutdun!
Elə bilmə Əbülfəti unutdun ? -
Qalacaqdı o , ömründə zeh kimi!