ANA SƏHİFƏ / GÜNDƏM

Ramazan ayı başlayıb

8138    |   2018-05-17 10:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugündən müqəddəs Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının fətvasına əsasən, Ramazan ayının 1-i Miladi tarixlə mayın 17-nə təsadüf edir və Ay göründüyü andan Ramazani-şərif başlayır. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsi olub.

Qafqaz Müsəlmanları İdarəsi hər il olduğu kimi, bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazan ayının başlanğıcını, namaz vaxtlarını və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək.



İmza:
SON XƏBƏRLƏR
2018-10-17
2018-10-16


VİDEO