adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 May 2018 10:50
21796
GÜNDƏM
A- A+

İki alpinistin meyiti ailəsinə təhvil verilib

Qubada qar uçqunu altında qalmış alpinistlərdən ikisinin meyiti artıq ailəsinə təhvil verilib.

Adalet.az xəbər verir ki,  bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, Fəridə Cəbrayılzadənın nəşi Masallı rayonuna, Namin Bünyatzadənin cənazəsi isə Şəmkir rayonuna aparılıb. Babur Hüseynovun nəşi bu saatlarda ailəsinə təhvil veriləcək.

"Cəsədləri tapılmış alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyi tərəfindən dərhal komissiya yaradılıb. Həmin komissiyaya 3 nəfər rəhbərlik edib - Quba rayon şöbəsi ekspertizanın rəhbəri Çingiz İsgəndərov, Xaçmaz rayon ekspertizanın rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon ekspertizanın şöbə rəisi Nizami Qasımov. Onlar istintaq araşdırma axtarış qrupu ilə birlikdə gecə saatlarında Xınalığa gediblər. Cəsədlər Quba rayon Patoloji Anatomiya Birliyinin meyitxanasına gətirilib və laborator müayinələrə başlanılıb. Meyitlərin xarici və daxili müayinələri başa çatıb və ailələrinə təhvil verilib. Ölümün səbəbləri isə laborator müayionələr tam başa çatdıqdan sonra müvafiq rəy hazırlanaraq Quba rayon Prokrorluğuna veriləcək”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların cəsədləri ötən gün aşkar edilib.