adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 May 2018 19:09
16628
HADİSƏ
A- A+

İtkin düşmüş alpinistlərin meyiti tapılıb - Yenilənib

Ötən il dekabrın 17-dənFövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib.

Bu barədə Adalet.az-a FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***


Ötən il dekabrın 27-dənFövqəladəHallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.

FHN-dən verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Gilavar"Havavə Ekstrim İdman Klubunun üzvləriCəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.