ANA SƏHİFƏ / GÜNDƏM

Tanınmış tərcüməçidən Mehriban Əliyevaya müraciət: “Övladlarımdan utanıram...”

20274    |   2018-05-16 16:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ömrümün yarıdan çoxunu tərcüməyə həsr etmişəm. Amma mən özgələrin pulu hesabına alınmış çarpayıda yatır, özgələrin paltar şkafına paltar yığıram”


Son illər tərcümə sahəsində tanınan ismlərdən birinə çevrilmiş Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı)Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Prezidentin köməkçisi Əli Həsənova açıq məktub yazıb. Tərcüməçi çəkdiyi əziyyətlərə rəğmən qiymtləndirilməməkdən gileylənir, öz acınacaqlı həyatından bəhs edir. BakuPost oxuduqca adamı dəhşət bürüyən müraciəti təqdim edir:

Mən 1984-cü ildə hazırkı Dillər universitetinin ingilis –dili fakültəsini əla qiymətlərlə bitirmişəm. Hələ tələbə vaxtlarımdan bədii tərcümə ilə məşğul olmuşam. Tələbə vaxtı tərcümə etdiyim bir hekayəni rəhmətlik İsmixan Rəhimov məndən xəbərsiz " Dünya” tərcümə almanaxında çap etdirmişdi.
Orta məktəbdə oxuduğum vaxtlardan yaradıcılıqla məşğulam. 3 şeir kitabım, bir esselər kitabım çap olunub. Respublikanın müxtəlif qəzet və jurnallarında şeirlərim, tərcümələrim, məqalələrim çap olunub.

20 ilə yaxındır ki, sırf tərcümə ilə məşğulam. Tərcümə etdiyim əsərlərin siyahısını məktubuma əlavə edəcəm. Tərcümə etdiyim neçə kitabların adını unutduğum üçün siyahıya yazmamışam.” Kaspi” qəzetində çap olunan tərcümə hekayələri kitab halında çap etdirsəm 10 kitab edər.
Müxtəlif xarici dillərdən Azərbaycan dilinə bədii tərcümələr edən tərcüməçilər çoxdur, ancaq ana dilimizdən xarici dillərə tərcümə edə bilən tərcüməçiləri barmaqla saymaq olar. Mən həm ingilis dilindən Azərbaycan dilinə, həm də Azərbaycan dilindən ingilis dilinə tərcümə edirəm. İngilis dilinə tərcümə etdiyim kitablar Amerikada, Londonda, Hindistanda, İsveçdə, eləcə də, dünyanın müxtəlif ölkələrində işıq üzü görüb.



Tərcümədən qazandığım qonorara bəlkə də iki ev almaq mümkün olardı. Ancaq mən qonorarımın 80 faizini kirayə pulu vermişəm.
Həyat yoldaşım 2003-cü ildə dünyasını dəyişib. İki qızımı təkbaşına saxlayıb böyütmüşəm, oxutmuşam. Yəqin ki, kirayədə yaşayanlar, övladlarını təkbaşına böyüdən analar məni daha yaxşı başa düşər.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm. Hazırda daimi iş yerim yoxdur. Nazirlər kabineti yanında tərcümə mərkəzi açılanda ümid etdim ki, orda mənə də iş verilər. Çox təəssüf ki, həmin mərkəzə işçilər müsabiqə yolu ilə seçilmədi. Mərkəzin rəhbəri şəxsən tanıdıqlarını işə götürdü. Dəfələrlə müraciət etsəm də Afaq Məsudun qəbuluna düşə bilməmişəm.

AYB-da da bədii tərcümə mərkəzi var. Orda da mənə iş verilmədi. Tərcümə sahəsində qazandığım uğurlara baxmayaraq heç bir mükafat almamışam. 2-3 kitab tərcümə edənlərə Azərbaycan ədəbiyyatını təbliğ etdiyi üçün mükafatlar təqdim edilir, mən isə Azərbaycan dilindən ingilis dilinə ən azı 50 kitab tərcümə etmişəm. Ancaq bu zəhmətim heç vaxt qiymətləndiriliməyib. Tam əminliklə deyə bilərəm ki, Azərbaycan dilindən ingilis dilinə məndən çox kitab tərcümə edən yoxdur.

Mən nəşriyyatlarla işləyirəm. Bir gün nəşriyyat tərcümə üçün kitab verməsə mən kirayə haqqını ödəyə bilmərəm, bir sözlə, tərcümə etməmək mənim üçün həyatın donması deməkdir. İllərdir mən istirahətsiz işləyirəm. Bəzən günlərlə evdən bayıra çıxmıram, saatlarla kompüter qarşısında otururam, yüksək təzyiqim olanda da işləməyə məcburam. Tərcümə prosesinin nə qədər çətin olduğunu deməyə ehtiyac yoxdur. Əgər yazıçı, şair öz duyğularını, müşahidələrini qələmə alırsa, mən tamam fərqli millətə, təfəkkürə malik yazıçıların əsərlərini tərcümə edirəm. Eləcə də, müxtəlif düşüncəyə, təfəkkürə malik Azərbaycan yazıçılarının, şairlərinin şeirlərini tərcümə edirəm. Çox təəssüf ki, tərcüməçi əməyinə dövlət səviyyəsində də düzgün qiymət verilmir. Şairlərə, yazıçılara ömürlük təqaüdlər verilir, dövlət onlara ev bağışlayır, amma tərcüməçilər unudulur. AYB-nin təqdim etdiyi 4 nəfərə dövlət başçısı bu yaxınlarda ev bağışladı. Görəsən, ədəbiyyata həmin şəxslərin töhfəsi çoxdur, yoxsa mənim? Mədəniyyət sahəsində, ədəbiyyat sahəsində uzun illər xidməti olanlara fəxri adlar verilir, niyə "əməkdar tərcüməçi” fəxri adı yoxdur? Axı tərcüməçi gözlərinin nurunu verir tərcümə etdiyi əsərlərə.
Yuxarıda da qeyd etdim, tərcümədən aldığım qonorara ən azı iki ev almaq mümkün olardı. Mən isə bütün qazancımı kirayə haqqı vermişəm. Kreditlə ev almaq istəsəm də, mümkün deyil. Çünki ilkin ödəniş etməyə gücüm çatmır.

Mənim yaşım az deyil. 57 yaşım var. Artıq əvvəlki sürətlə işləyə bilmirəm. Sağlamlığımda problem var. Amma istirahətsiz işləyirəm. Məcburam. Mən də insanam, istirahət etməyə haqqım var.
Bu qədər əziyyət çəksəm də, hələ normal kompüterim, adi ev əşyalarım yoxdur. Özümə məxsus əşyalar kirayə evlərə köçəndə sındı, xarab oldu. Ömrümün yarıdan çoxunu tərcüməyə həsr etmişəm. Amma mən özgələrin pulu hesabına alınmış çarpayıda yatır, özgələrin paltar şkafına paltar yığıram. Niyə mənim öz evim olmasın? Niyə qazandığım qonorarla ev əşyaları almayım?


Heç vaxt xarici ölkədə yaşaya bilmərəm. Heç vaxt bunu arzu etməmişəm də.
Mən vətəndaşı olduğum ölkənin prezidentindən əməyimə qiymət verilməsini istəyirəm. Övladlarımın gözlərinə baxmağa utanıram. Kiçik qızımın 25 yaşı var. Ömrünün 20 ilini kirayədə keçirib. Anadangəlmə gözündə qüsur var, 3-cü qrup əlildir. Onun pensiyası ilə kommunal xərcləri ödəyirəm, ona təzə bir paltar alıb sevindirə bilmirəm. Ana üçün bundan ağır dərd ola bilərmi? Bundan sonra 10 evim olsa da kirayədə qaldığım bir günün acısını mənə, qızlarıma unutdura bilməz.



Çox xahiş edirəm, mənim məktubumu ölkə prezidentinə çatdırasınız. İnanıram və ümid edirəm ki, prezident çəkdiyim əziyyəti, kirayədə yaşamağımı, uzun illər təkbaşına iki qız övladı böyütməyimi nəzərə alıb məni kirayə yaşamağın çətinliyindən xilas edəcək.

Tərcümə etdiyim kitablar:


"Qanun”nəşriyyatı:

1. Jojo Moyes- Bir üstəgəl bir
2. Jojo Moyes- Səndən sonra
3. Jojo Moyes- Geridə qoyub gəldiyin qız
4. Oşo- Qızıl külçələr
5. Oşo- Emosiyalar
6. Robin Şarma- Ferrarisini satan rahib
7. Rohald Dahl- Matilda
8. Rohald Dahl – Ceyms və nəhəng şaftalı
9. Rohald Dahl- Böyük sevimli nəhəng
10. Rohald Dahl – Çarli və şokolad fabriki
10. Lao Ma ( çinli müəllif) - hekayələr
11. Dan Braun- Da Vinçi kodu
12. Alis Manro- "Əziz həyat” hekayələr kitabı
13. Rey Bredberi- Zəncirotu şərabı
14. Frances Hodgson Burnetti- Balaca prinses
15. Meier ( çinli şairə) - Şeirlər
16. Harper Lee- Bülbülü öldürmək
17. Harper Lee- Get, gözətçi təyin et
18. Kurt Vonnequtun hekayələri

TEAS-PRESS nəşriyyatı:

1. Rafaello Barker- Yay mövsümü
2. Sarah Dessen- Müqəddəs hər şey
3. Ketrin Baybi- Çərşənbə gününədək arvad
4. Ketrin Baybi Çərşənbə axşamınadək qız tapıldı
5. Ketrin Baybi- Bazar ertəsinək evlənməli
6. Ketrin Baybi Cümə axşamınadək aşıq oldu
7. Ketrin Baybi Cümə gününədək subay
8. Ketrin Baybi- Cümə gününədək nişanlanmalı
9. Holli Şindler- Elə tünd göy ki...
10.. Lüi.De Berniers- Kapitan Korellinin mandolinası
11. Giuseppe Catozzella- Balaca çempion
12. Amor Tovles – Centlemen Moskvada
13. Luis Kerrol- Alisa möcüzələr diyarında
14. Ali Smith- Təsadüfi

Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyim əsərlərin siyahısı:

1.Hikmət Babaoğlu –"Akdamardan Sarı gəlinədək erməni yalanı”
2.Qəşəm Nəcəfzadə– " The evening stories”
3.Ülvi Bünyadzadə– " Ömür yolu”
4.Yunuz Oğuz –"Nadir şah”
5.Amerikada Azərbaycan qadın yazarların hekayələrindən ibarət antalogiya- 11 tərcümə
6.Amerikada Azərbaycan yazıçılarının hekayələrindən ibarət antalogiya – 10 hekayə
7.Ceyhun Musaoğlunun layihəsi ilə Azərbaycan yazıçılarının hekayələri ingilis dilində
8.Rafiq Tağı- hekayələr kitabı
9."Erməni əsirliyində” -Antalogiya
10.Azərbaycan nağılları
11.Firuz Mustafa– " Köç " povesti
12.Elçin İsgəndərzadə –" Avtoportret”
13.Vahid Məmmədli –" Buddanın qayıdışı” –povest
14. Eyvaz Zeynalov –Hekayələr, povest və uşaq hekayələri
15. Elçin Hüseynbəyli – İki hekayə
16.XXİ -əsr Azərbaycan ziyalıları
17.Giya Paçxataşvili –" Oğul ata itirdi” Poema
18.Mirkazım Seyidov– " Erməni vandalizmi”
19.Mirkazım Seyidov– " Zamanın nəbzi”
20.Mirkazım Seyidov– "Qaranlığa nur saçan zəka”-
21.Mirkazım Seyidov –"Ömrümü xalqıma bağışlayıram”
22.Salam Sarvan- Şeirlər
23.Varis- Üç roman
24.Eluca Atalı– esselər
25.Eluca Atalı- hekayələr
26.Afaq Şıxlı- şeirlər və hekaylər
27.Nilufər Şıxlı- şeirlər
28.Şahnaz Kamal– Hekayələr
29.Salatın Əhmədli – İki kitab
30.Zahid Xəlil– uşaq hekayələri
31. Gülxani Pənah- Xocalıya aid kitab
32.Azadə Taleh- Şeirlər
33.Əlabbas- hekayələr
34.Əlisa Nicat- hekayələr
35.Məmməd Əmin Rəsulzadə " Əsrimizin Siyavuşu”
36.Nüşabə Məmmədli – Pyeslər
37.Ramiz Duyğun- iki poema
38.Dilsuz Musayev- şeirlər kitabı
39.Səyyad Aran- hekayələr toplusu
40.Təranə Turan Rəhimli ( şeirlər)
(Hamlet İsaxanlı, Rəşad Məcid, Paşa Qəlbinir, Səlim Babullaoğlu, Xəyal Rza, Elxan Zal, Ədalət Əsgəroğlu, Qismət, Fərid Hüseyn, Fərqanə Mehdiyeva, Faiq Balabəyli, Ramil Mərzili və başqalarının şeirləri)

Son 3 il ərzində tərcümə etdiyim hekayələr ( "Kaspi” qəzetində çap olunub)

1. Hans Christian Anderson Ananın hekayəsi
2. Hans Christian Anderson - Şahzadə qız və noxud
3. Hans Christian Anderson- Kibritsatan balaca qız
4. Hans Christian Anderson- Mələk
5. Hans Christian Anderson-Qəbirdəki uşaq
6. Hans Christian Anderson- Donuzotaran
7. Charles Dickens – Uşağın hekayəsi
8. Charles Dickens - Uşağın ulduz yuxusu
9. James Baldwin Antonio Canova
10. James Baldwin - Həkim Qoldsmit
11. James Baldwin. - Lakonik cavab
12. James Baldwin - Sonsuz nağıl
13. James Baldwin - Maksmilian və qazotaran oğlan
14. James Baldwin - Naşükür döyüşçü
15. James Baldwin- Hökmdar və onun qırğısı
16. James Baldwin- Kor kişilər və fil
17. Dorothy Parker- Telefon zəngi
18. Edgar Allan Poe- Carçı ürək
19. Guy de Maupassant - Kor kişi
20. Guy de Maupassant - Dilənçi
21. Guy de Maupassant - Etiraf
22. Guy de Maupassant Ölü qadının sirri
23. Guy de Maupassant - Qəbir
24. Guy de Maupassant -Ailə
25. Guy de Maupassant -Ana və oğul
26. Guy de Maupassant -Dəlinin gündəliyi
27. Guy de Maupassant -Atılmış
28. Guy de Maupassant -Biclik
29. Guy de Maupassant -Köhnə dost Patient
30. Guy de Maupassant - Öpüş
31. Guy de Maupassant -Ata
32. Guy de Maupassant -Duel
33. Guy de Maupassant - Dul
34. Guy de Maupassant - Müqəddəs suçiləyən
35. Guy de Maupassant -Cehiz
36. Guy de Maupassant - Belflover ana
37.Henry Lawson- Müəllimin səhvi
38. Henry Lawson- Qaranlıqdakı uşaq yaxud yad ata
39. Kate Chopin - Bir saatın hekayəsi
40. Kate Chopin- Tufan
41. Kate Chopin- Peşmançılıq
42. Kate Chopin Tərbiyəli qadın
43.Kate Chopin- Bir cüt ipək corab
44. Kate Chopin- Bayou Müqəddəs Con şəhərinin ledisi
45. Kate Chopin- Kaline
46. Kate Chopin- Ölü kişinin ayaqqabıları
47. H.H. Munro ( Saki) – Laura
48. H.H. Munro ( Saki)- Luiza
49. H.H. Munro ( Saki) -Kernoqatzin canavarları
50. H.H. Munro ( Saki)- Açıq qapı
51. Mary Roberts Rinehart- İncə əl
52. Mary Roberts Rinehart-İki yataq xəstəsi
53. Mary Roberts Rinehart- Evlənmək
54. O. Henry- Qəribə hekayə
55. O. Henry- Müdrikin hekayəsi
56. O. Henry- İyirmi ildən sonra
57. O. Henry- Sosial üçbucaq
58. Stephen Crane- Tünd qəhvəyi it
59. Timothy Shay Arthur- Eminin sualı
60. Timothy Shay Arthur-Həkimlə birgə
61 .Timothy Shay Arthur-Balaca Lizzi
62 .Timothy Shay Arthur- Arvad
63. Timothy Shay Arthur-Keşikdə durmaq
64. Timothy Shay Arthur-Kölgə arxasınca
65. Timothy Shay Arthur-Çox kasıb
66.Robert Barr- Dağ başında boşanma

67. Sherwood Anderson- Qəhvəyi paltolu kişi
68. Sherwood Anderson- Müharibə
69. Sherwood Anderson- Qardaşlar
70. Sherwood Anderson- Lal kişi
71.Stephen Leacock- Küçədə kibrit çöpü istəmək
72. Stephen Leacock- Mənim maliyyə karyeram
73. Xu Yan- Yaxşı qadının yoldaşlığı
74. Algernon Blackwood- Balaca Dilənçi
75.Ambrose Bierce- Balaca səfil
76. Ambrise Bierce – Bitməmiş qaçış
77. Ambrose Bierce- Simsiz gələn xəbər
78. Ambrose Bierce- Ölüm diaqnozu
79. Ambrose Bierce-Bir bardaq şərbət
80 Ambrose Bierce-Həbs
81. Ambrose Bierce-Evə sarılmış üzüm tənəyi
82. Arnaba Saha- Qürub çağı
83. Arnaba Saha- Seçim
84. Benjamin Franklin- Fit
85. D.H. Lawrence- Xəstəşaxtaçı
86.. Elia A. Peattie- Yağış uşaq
87 . Elia A. Peattie- Qonşu evdəki piano
88. Philip. K. Dick- Qapı arxasında
89 . Giovanni Boccaccio – Federiqonun şahini
90. Herbert George Wells- Gözəl kostyum
91. Henry Van Dyke-Bir ovic gil
92. Henry Van Dyke-Kol dibindəki dilənçilər
93. Henry Van Dyke-Şahın cəvahiratı
94. Lucy Maud Montgomery- Tamamlanmış hekayə
95. Lucy Maud Montgomery- Qızıl toy
96. Lucy Maud Montgomery-Jasmin
97. Mark Twain – Təmsil
98. Julius W. Long- Solğun rəngli kişi
99. Katherine Mansfield- Ma Parkerin həyatı
100 . Katherine Mansfield-Xiyar şorabası
101 L. Frank Baum- Sehirli nabatlar
102 L. Frank Baum-Balaca mavi oğlanın nağılı
103 L. Frank Baum- Şən dəyirmançı
104. Lafcadio Hearn – Ölüb gedən sir
105 . Laura E. Richards – Yaşıl atlas don
106. Laura E. Richards- Qızıl pəncərələr
107 . Louisa May Alcott- Donuz qız
108. Louisa May Alcott-Uşağın tərcümeyi halı
109 Louisa May Alcott- Əmim oğlu Tribulationun hekayəsi
110 Matsuo Basho- Qoca ananın hekayəsi
111 . Ralph Henry Barbour- Ölüm yatağında etiraf
112. Ralph Henry Barbour-Əmiqızı
113. .W.F.Harvey- Bataqlıqdan keçəndə
114. W. W.Jacobs- Üç bacı
115 . Chen Yonglin- Güzgü
116 . Cui Li- Keçmişdə pərt olduğum anlar
117. Paulo Coelho- Hamıdan güclü
118. Paulo Coelho- İki damcı yağ
119. Paulo Coelho- İbrətamiz hekayələr
120. Paulo Coelho- Əsl qorxunu kəşf etmək




İmza:

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib - YENİLƏNİB

Nazir Sahil Babayev qanun pozuntularından danışıb

İlham Əliyev pakistanlı həmkarına başsağlığı verdi

Mirhəsən Seyidov: “Cənab Prezidentin yürütdüyü güclü siyasət və xalqımızın dəstəyi..."

Anar Sarıyev: "Son 6-il də əldə olunmuş nailyyətlər..."

Aqil ABBAS: ƏYİLDİM TORPAĞA, ÖPDÜM TORPAĞI…

Heydər Əliyevin hakimiyyətə gəlişi - 49 il keçdi

Dövlət Dəniz Agentliyi ilə Ekologiya Nazirliyi birgə işçi qrup yaradır

Eldar Quliyev: “Müsbət göstəriciləri əldə saxlamaq üçün daha çox çalışmalıyıq”

Rəşad Böyükkişiyevlə bağlı YENİ XƏBƏR - Əvvəlcədən bütün ailə üzvlərini Gürcüstana aparıb

Tezliklə Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək

“Bizə qarşı çirkin kampaniyalar aparılır” - Prezident - VİDEO

SON XƏBƏRLƏR
2018-07-15
2018-07-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Xorvatiya (50%)
Fransa (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK