50 min azərbaycanlı ABŞ-a köçmək üçün müraciət edib
2019-cu ilin "Greencard” üçün qeydiyyat dövrü 18 oktyabr tarixində başlayıb, 22 noyabrda bitdi. Proqramının nəticələri isə dünən – 15 may 2018-ci il tarixində elan edildi.
Əcnəbilərə ABŞ-da yaşamaq və işləmək izni verən "Greencard” lotereyası almaq üçün Azərbaycan vətəndaşları da canfəşanlıq edirlər. Bu baxımdan hazırda əksəriyyətin yeganə maraq obyekti nəticələri öyrənməkdir.
Bununla bağlı"Greencard.az” şirkətinin mütəxəssisi Royal Cəfərov Modern.az saytına danışarkən deyib ki, bu il "Greencard” vəsiqəsini almaq üçün şirkətə 50 mindən çox müraciət daxil olub:
Bu gün səhər saat 10-a kimi saytımızda bir bölmə yaratdıq. Elə adamlar var ki, "Greencard”a müraciət etsə də, yadından çıxıb və ya nəticələrin çox da marağında deyil. Lakin eləsi də var ki, "Facebook”da məlumatları mütəmadi olaraq izləyir və nəticələrin nə zaman çıxacağını gözləyir. Bu insanlar üçün saytımızda dediyim kimi bölmə yaratdıq. Kim nəticələri bilmək istəyirsə, adları, soyadları, doğum tarixlərini yazıb informasiya əldə edə bilər.
Həmin şəxslərin bir hissəsinin adı bu gün günün sonuna qədər, bir hissəsininki isə sabah məlum olacaq və yayımlanacaq. Yekun nəticə üçün zaman lazımdır”.
Bu il qalib olmuş şəxslər isə 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.