ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Türkiyə səfiri ADU-ya gəldi - FOTO

10169    |   2018-05-16 15:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoralla görüşüb.


Adalet.az xəbər verir ki, qonağı salamlayan rektor Kamal Abdulla Ərkan Özoralı ADU-da görməkdən məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans haqqında məlumat verən Kamal Abdulla konfransın bölmə iclaslarının Türkiyənin Atatürk və Ərciyəs universitetlərində də yüksək səviyyədə baş tutduğunu bildirib, qardaş ölkəyə minnətdarlığını çatdırıb. Kamal Abdulla Türkiyə universitetləri ilə ADU arasında əlaqələrin daha da güclənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacib olduğunu deyib. Kamal Abdulla Ərkan Özoralı "Səfir saatı” layihəsi çərçivəsində ADU tələbələrinə mühazirə deməyə dəvət edib.


Yüksək qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən səfir Ərkan Özoral səslənən təklifləri müsbət qarşıladığını söyləyib, əlaqələrin daha da güclənməsi üçün mühüm addımlar atmağın vacibliyindən danışıb, münasibətlərin daha yüksək səviyyəyə çatması üçün əlindən gələni etməyə hazır olduğunu vurğulayıb.




İmza:
SON XƏBƏRLƏR
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK