Adalet.az | 10 milyon olmağımıza az qaldı - Əhalinin sayı açıqlandı Adalet.az | 10 milyon olmağımıza az qaldı - Əhalinin sayı açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

10 milyon olmağımıza az qaldı - Əhalinin sayı açıqlandı

9035    |   2018-05-16 15:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İlin əvvəlindən ölkə əhalisinin sayı 18260 nəfər artaraq aprelin 1-i vəziyyətinə 9916345 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Cari ilin birinci rübündə ölkədə 15403 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,4-ə qədər azalıb.

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Cari ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.



İmza:
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK