ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda üç ayda 3556 boşanma olub

8828    |   2018-05-16 15:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cari ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 18 260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9916 345 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9%-i şəhər yerlərində, 47,1%-I kənd yerlərində məskunlaşmış, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.

Bu ilin yanvar-mart ayları ərzindəƏdliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Bu ilin birinci rübündə ölkədə 15403 ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,4-ə qədər azalıb.

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nikah və 3556 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.




İmza:
SON XƏBƏRLƏR
2018-10-21
2018-10-20
2018-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK