adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 May 2018 15:01
19586
DÜNYA
A- A+

YAZIQ TÜRKİYƏ

Səhər Türkiyə kanallarında bir xəbər izlədim, ürəyim ağrıdı. Deməli, Suriyadan Türkiyəyə rəsmi rəqəmlərə görə, 3 milyon 500 mindən artıq suriyalı sığınıb. Qeyri-rəsmi rəqərmlərə görə isə 4 milyon. Təkcə bir sahədəki rəqəmləri deyək . 36 milyon dəfə tibb müəssisələrinə müraciət ediblər, xəstəxanalarda yatım rəqəmi 10 milyon, 1 milyon 300 min suriyalı əməliyyat olunub, 1 milyon 300 mindən artıq suriyalı uşağa da peyvənd vurulub, 276 min suriyalı uşaq da Türkiyədə doğulub. Bu son beş ilin rəqəmləridi və təkcə tibb sahəsində. Və təbii ki, hamısı da pulsuz.

Bunların gündə üç dəfə yemək-içməyi, məişət problemləri, təhsilləri.

Türkiyə təxminən indiyədək suriyalı qaçqınlara 35 milyard dollara yaxın pul xərcləyib.

BMT yalnız 650 milyon dollar yardıb edib, Avropa dövlətləri də yardım edəcəkləri ilə bağlı sözlərinin üstündə başqa vədlər kimi, yenə durmadı.

Hələ Türkiyə Suriyada və İraqda terrorizmə qarşı mübarizədə neçə milyardlarla dollar xərclədiyini yazmırıq.

Və qardaş Türkiyə «yamanlığa yaxşılıq ər kişinin işidi» deyib neçə illərdi sinəsini verib qabağa, Osmanlı çökəndə onu xaincəsinə arxadan xəncərləyən ərəbləri qoruyur.