adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
16 May 2018 14:59
15882
MƏMLƏKƏT
A- A+

KAMRAN HƏSƏNLİ «SPACE»nin REYTİNQİNİ AŞAĞI SALIR

Öz intellekti ilə fərqlənən məşhur teleaparıcı Kamran Həsənli «Space»də bir səhər verilişi açıb: «Onda başladıq». «Qayınana» filmində deyildiyi kimi, baxırsan, «baş dolu, cib boş» özü kimi intligentləri də yığıb verilişə, hansısa problemləri çözürlər: universitet professorları, şou əhlindən kənar sənətkarlar, nə bilim klassik musiqi.

Dostum, camaat ekranın qabağına yığışır ki, saçyolduya baxsın, təzə söyüşlər eşitsin, müğənnilərin sürdüyü bahalı maşınları görsün, açdıqları sandıqdan tökdükləri pambıqları yığsın. Bu nə verilişdi açmısan? «Space»nin reytinqini aşağı salırsan. Nə qədər gec deyil, düz yola gəl.