Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | GÜNÜN LƏTİFƏSİ Adalet.az | GÜNÜN LƏTİFƏSİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

GÜNÜN LƏTİFƏSİ

20016    |   2018-05-16 14:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vəli Xramçaylı Ankarada keçirilən türk xalqlarının poeziya festivalından qayıdır. Təyyarəyə minmək üçün növbəsini gözlədiyi vaxt arxadan bir səs eşidir:

- Bu təyyarəyə minmə, qəzaya düşəcək.

Çevrilir arxaya, görür heç kim yoxdu. Artıq ürəyinə xal düşür, qayıdır oturur ki, növbəti təyyarəyə minə. 20 dəqiqədən sonra eşidir ki, onun minməli olduğu təyyarə uçuşdan on dəqiqə sonra partlayıb.

Lap qorxur, deyir belədirsə, qatarla gedim. Gəlir vağzala, qatara bilet alır. Elə minmək istərkən arxadan yenə bir səs gəlir:

- Bu qatara minmə, aşacaq.

Çevrilir baxır, yenə heç kim yox. Yenə ürəyinə xal düşür və minmir.

Deyir, cəhənnəm, avtobusla gedərəm. Gəlir avtobusa bilet alır, elə minmək istərkən yenə arxadan bir səs gəlir:

- Bu avtobusa minmə, partlayacaq.

Çevrilir arxaya, yenə heç kim yox.

Çəkilir bir kənara soruşur:

- Ə, sən kimsən?

Səs gəlir ki, mən səni qoruyan mələyəm.

Əsəbi halda deyir:

- Rəhmətliyin oğlu, bəs mən evlənəndə hardaydın?




İmza:
SON XƏBƏRLƏR
2019-01-18
2019-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK