ANA SƏHİFƏ / KRİMİNAL

Kirayəşin qaldığı evin əşyalarını satıb

7957    |   2018-05-16 13:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ucar sakini Bakıda kirayə qaldığı mənzilin əşyalarını satıb.

Adalet.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 14-də Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə Bahar qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Zərərçəkmiş T.Fətəliyev bildirib ki, bir müddət əvvəl özünə məxsus 4 ədəd televizor, 2 divan, 2 kreslo, 2 xalça və digər məişət əşyalarını saxlamaq üçün tanışının evində yerləşdirib. Ev sahibi isə həmin evi kirayə veribmiş. Bu yaxınlarda həmin əşyaları götürməyə gələndə isə onları tapmayıb. Kirayədə qalan şəxs isə həmin əşyalardan xəbəri olmadığını deyib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və şübhələr mənzildə kirayədə yaşayan Ucar rayon sakini Pünhan İbadovun üzərində cəmləndiyindən o, saxlanılıb. Törətdiyi cinayət əməlini etiraf edən bu şəxs 2 ildir ki, həmin mənzildə kirayədə yaşadığını, son bir neçə ay ərzində həmin avadanlıqları tək-tək satdığını bildirib.

Qeyd olunan məişət əşyalarını əşyalarının hamısı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.



İmza:
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK