adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2018 13:17
16577
İDMAN
A- A+

AFFA cəzaları açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, İK Topaz Premyer Liqanın 27-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Topaz Premyer Liqasının 27-ci turunun "Zirə” – "Kəpəz” matçının 9-cu dəqiqəsində "Zirə”nin futbolçusu Milan Duriç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 3200 manat cərimə olunub.

Oyunun 80-cı dəqiqəsində "Kəpəz”in futbolçusu Kamran Abdullazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.