ANA SƏHİFƏ / İDMAN

Hakimləri söyən Samir Əliyevə ağır cəza

7594    |   2018-05-16 13:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AFFA-nın İntizam Komitəsi "Səbail"in baş məşqçisi Samir Əlliyevi cəzalandırıb.

Qol.az-ın məlumatına görə, bu gün keçirilən iclasda Topaz Premyer Liqanın 27-ci turunda "Neftçi" ilə görüşdə hakimlər briqadasını təhqir edən gənc mütəxəssisə 5 oyunluq cəza verilib. Həmçinin, klub 4 min manat cərimə edilib.

Qeyd edək ki, "Neftçi" ilə matçın 42-ci dəqiqəsində görüşün baş hakimi Rauf Cabbarov onun qərarlarına narazılığını bildirən Samir Əliyevi texniki zonadan uzaqlaşdırıb. Lakin 39 yaşlı mütəxəssis baş hakimin göstərişinə əməl etməyərək, məşqçi skamiyasına dönüb.Yan xətt hakimindən narazı qalan baş məşqçi ona təhqiramiz sözlər işlədib. Cabbarov və 4-cü hakimin təkidindən sonra Əliyev meydanı tərk edib.


İmza:
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK