adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 May 2018 13:02
10673
HADİSƏ
A- A+

Masallıda 20 yaşlı gəlinin müəmmalı intiharı

Masallıda intihar hadisəsi baş verib. Rayon sakini 1998-ci il təvəllüdlü Nəzərova Aytən Mirdamət qızı özünü asaraq intihar edib.

Miyankü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xəlil Məmmədov 20 yaşlı Aytənin intiharında müəmmalı durumun olduğunu deyib.

Onun sözlərinə görə, intihar edən gəlinin ailəsində problem olmayıb: "Gəlinlə qayınana və qayınata arasında ciddi problem görməmişik. Onlara "ana", "ata" deyib. Maddi imkanları da normaldır. Evləri, maşınları var. Maddi baxımdan hər şey qaydasındadır. Onun ölüm səbəbi ailəsi üçün də müəmmalıdır”.

X,Məmmədovun hadisənin mayın 14-də, saat 8-radələrində baş verdiyini bildirib: "Bizə məlumat saat 09:00-da daxil olub. Niyə canına qəsd edib, heç kim səbəbini bilmir. İntihar etməsi üçün ciddi problemləri də olmayıb. Heç kimin ağlına gəlməzdi ki, Aytən belə iş tutar. Hadisə araşdırılır, yəqin səbəb bilinəcək”.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.(azvision.az)