Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Avropa İrana iqtisadi zəmanət verdi Adalet.az | Avropa İrana iqtisadi zəmanət verdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Avropa İrana iqtisadi zəmanət verdi

13543    |   2018-05-16 12:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Brüsseldə Avropa ölkərləri ilə İran arasındakı danışıqlarda ABŞ-ın çıxmasından sonra pozulmaq təhlükəsilə üzləşən nüvə sazişinin müddəalarına əməl edilməsinə dair razılığa gəlinib.

Adalet.az "Ria Novosti” yə istinadən xəbər verir ki, İran, Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər naziri, BMT vasitəçiləri və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerinin iştirak etdiyi danışıqlarda İranın nüvə sazişi üzrə intensiv ekspert məsləhətləşmələrinin davam etdirilməsi və praktik addımların atılması qərarı verilib.

Mogerini mövcud sazişin tərəfləri qane etdiyini deyib: "Biz hazırkı sənədin mətnində nəyisə dəyişmək fikrində deyilik. Çünki, orada artıq hər şey qeyd olunub. Sazişin mətninə əlavə və dəyişikliklər olmayacaq. Tərəflər sadəcə öz öhdəliklərini yerinə yetirməlidirlər: İran nüvə proqramının dayandırılmasını təmin edəcək, Avropa İttifaqı isə İranı konkret iqtisadi fayda ilə təchiz edəcək.”

Bununla belə, Mogerini Avropa ölkələrinin İrana hüququ müstəvidə heç bir zəmanət təklif etmədiyini vurğulayıb. Söhbət nüvə sazişini qorumaq üçün yalnız iqtisadi zəmanətdən gedib. Bu mənada ABŞ sanksiyalarına rəğmən, Avropa ölkələri İranla iqtisadi əməkdaşlığı davam etdirəcəklərinə söz verib: "ABŞ-ın Hərtərəfli müştərək fəaliyyət planından çıxmasına təəssüflənirik. Lakin biz rəsmi Tehranla nüvə sazişinin bütün müddəalarının icrasının vacibliyini, ilk növbədə İranla ticari və iqtisadi əlaqələrin inkişafı, neft və neft məhsullarının satışı, bu ölkə ilə maliyyə xidmətlərinin təklifi, dəniz və dəmiryolu nəqliyyatının inkişafı, Avropa və İran şirkətlərinin əməkdaşlığını sadələşdirəcək investisiya elementlərinin yaradılmasını təsdiq etdik.” – deyə Mogerini vurğulayıb.

Onun sözlərinə görə, İranla nüvə sazişinin qorunub saxlanması rəsmi Tehranla digər problemlərin, o cümlədən İranın raket proqramı məsələsinin də həllini asanlaşdıracaq.

İranın xarici işlər naziri Cavad Zərif isə bildirib ki, Avropanın öz sözünün üstündə durmasını zaman göstərəcək: "Biz nüvə sazişinin saxlanması üçün növbəti addımlar barədə siyasi razılığa gəldik. Qarşıdakı həftələrdə nələrin ediləcəyindən çox şey asıldır. Nüvə sazişində İranın almalı olduğu bütün iqtisadi faydalar dəqiq əks olunub. Bilməliyik ki, sazişin digər iştirakçıları bunu bizə təmin edəcəklər. Bunu, yaxud əksini tezliklə görəcəyik.”(azvision.az)



İmza:
SON XƏBƏRLƏR
2019-02-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi işə gəlir və iş yoldaşlarına başına gələn hadisəni danışır:
- Dünən məşuqəmin evinə qonaq getmişdim. Elə "işə" başlamaq istəyirdik ki, əri qapının zəngini çalır. Məşuqə dedi:
- Götür ütünü, ağları ütülə!
Bu zaman iş yoldaşlarından biri güldü:
- Bu hadisə Sovet küçəsi 3, mənzil 10-da olub?
- Hə.
- O ağları dünən yox, sırağa gün mən yumuşam!




digər lətifələr
ARXİV
FACEBOOK