adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2018 12:12
10309
GÜNDƏM
A- A+

“İndiyə kimi heç kim işdən azad edilməyib” - İnam Kərimov

"Kənd Təsərrüfatı Nazirliyində indiyə kimi heç kim işdən azad edilməyib. Ancaq rotasiya qaydasında yerdəyişmələr olub. Bu formada da davam edəcək".

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

"Bizim leksikonumuzda, düşüncəmizdə müasir düşüncəli kadr sözü var. Bu kadr həm gənc, həm yaşlı ola bilər. Ona görə də xüsusi olaraq "gənc kadr" sözü üzərində dayanmırıq. Yalnız innovativ və müasir düşünən kadrlara üstünlük verilir. Kənd təsərrüfatı sistemində kifayəq qədər dəyərli, professional, bacarıqlı, müasir düşüncəli kadrlarımız var. Bu davam edən prosesdir", - deyə nazir qeyd edib.