ANA SƏHİFƏ / HADİSƏ

Bayıl yenə SÜRÜŞDÜ – 4 ev dağıldı

14232    |   2018-05-16 10:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 15-də saat 20-00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb.

Bu haqda Səbail Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, daha 20 fərdi ev də təhlükəli ərazidədir.

"Bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır”-deyə bildirilib.

Bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı RİH və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. RİH tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayicı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər.

Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

İcra hakimiyyəti qeyd edib ki, görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb. Və onlar ümid edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaq.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK