ANA SƏHİFƏ / SİYASƏT

“Münaqişənin tezliklə həlli üçün intensiv danışıqlara hazırıq” - Məmmədyarov - Yenilənib

8731    |   2018-05-15 17:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xarici işlər naziri Elmar Məmmədyarov 15 may tarixində Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ilə görüşüb.

Bunu XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.

**

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.

Bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində qeyd edib.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

"Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır" -deyə XİN rəsmisi vurğulayıb .(azvision.az)




İmza:
SON XƏBƏRLƏR
2018-10-17
2018-10-16


VİDEO