adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
15 May 2018 16:59
21406
MƏDƏNİYYƏT
A- A+

Layihəyə start verildi

"Xalça Dünyası Assosiasiyası İctimai Birliyi "Xalçaçılıq sənətinin təbliği və inkişafı məqsədilə təlimlərin təşkili” layihəsinin icrasına start verib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Quba rayonunda icra olunacaq.

Qədim xalçaçılıq sənətinin yaşadılması bu gün prioritet məsələlərdəndir. Bu sənətin yaşadılması, qorunması, gələcək nəsillərə ötürülməsi, həmçinin bu sənətdən gəlir əldə edə bilmək üçün mütəxəssislərin yetişdirilməsi vacibdir. Layihə bu məqsədlə toxuculuq təlimlərinin təşkil edilməsindən, xanımların bu sənətə yiyələnməsinə dəstək olmaqdan bəhs edir.

Layihə çərçivəsində qədim xalçaçılıq sənətinin unudulmaması və gələcək nəsillərə ötürülməsi məqsədi ilə xanımlar arasında təbliğ ediləcək, xalça toxuma təlimləri təşkil ediləcək, xanımların peşə sahibi, peşəyə yiyələnməsi və gəlir əldə etmələri məqsədi ilə təlimlərə cəlb ediləcəkdir.

Quba rayonunda təşkil ediləcək təlimlərdə iştirakçılara qədim tarixi olan Quba xalçalarının nümayiş etdirilməsi nəzərdə tutulmuşdur.