adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 May 2018 15:33
7673
HADİSƏ
A- A+

Ağsuda müəllim məktəb direktorunu döyüb

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb.

Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib. Belə ki,Ağsurayon Ləngəbiz kənd orta məktəbinin direktoru,Şamaxırayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəmnində müəllim məktəbin direktorunu döyüb.

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdəŞamaxıRayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.