ANA SƏHİFƏ / SİYASƏT

İlham Əliyev AŞPA-nın sabiq prezidenti ilə görüşüb

7408    |   2018-05-15 14:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

Adalet.az xəbər verir ki, Rene Van der Linden dövlət başçısına prezident seçkilərində qələbəsi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Rene Van der Linden ADA Universiteti ilə birgə hazırlanmış və Azərbaycanın regionlarının inkişafı, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, təcrübə mübadiləsi, turizm sahələrində əməkdaşlığı nəzərdə tutan master planın həyata keçirilməsi ilə bağlı gedən işlərdən danışıb.

Prezident İlham Əliyev görülən işlərin önəmini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.




İmza:
SON XƏBƏRLƏR
2018-10-17
2018-10-16


VİDEO