ANA SƏHİFƏ / ŞOU-BİZNES

“Fədayə Laçının səhhəti yaxşı deyil” - Vəkil

8685    |   2018-05-15 14:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Həbsdə olan müğənni Fədayə Laçının səhhəti yaxşı deyil"

Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a müğənninin vəkili Türkəl Süleymanlı bildirib. Hazırda iş üzrə istintaqın davam etdiyini deyən vəkil F.Laçının hər həftə ailəsi ilə əlaqə saxladığını vurğulayıb.

"Qrup cinayəti olduğuna görə, ola bilsin ki, istintaq uzun müddət davam etsin. Fədayə xanımın saxlanma şəraitindən şikayəti yoxdur. Ailəsi ilə əlaqə saxlayır, istəklərini bildirir”, - deyə vəkil söyləyib.

Xatırladaq ki, 2017-ci ildə oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.



İmza:
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK