Aqil ABBAS: Almanların Türkiyə, yoxsa Ərdoğan düşmənçiliyi

AQİL ABBAS
72256 | 2018-05-18 10:01

Son illər Almaniyailə Türkiyə arasında gərginlik son həddə çatıb. Tarixə nəzər salsaq görərik ki,əsrlər boyu almanlar və türklər arasında bir dostluq münasibəti olub. Bəzən savaşlarda,xüsusilə də I Dünya savaşında müttəfiq olublar. Bu dostluğun nəticəsidir ki, Almaniya həmişə özqapılarını türklərin üzünə açıb. Və hazırda bu ölkədə 5 milyona yaxın türk yaşayır, türk millət vəkilləri var, nazirləri var, yüksək vəzifəlidövlət məmurları var, minlərlə iş adamları var.

Arada-sırada neofaşistlərqan qaraltsalar da, Almaniya hökuməti dərhal buna reaksiya verib və neofaşistləricəzalandırıb.

Çox təəssüf ki, yuxarıdaqeyd etdiyimiz kimi, son illər münasibətlər korlanıb. Almaniyanın birdən-birə Türkiyəyə münasibətinin 180 dərəcədəyişməsinin kökündə nə dayanır?

Görünür, Türkiyəningetdikcə daha qüdrətli bir dövlətə çevrilməsi,iqtisadiyyatının durmadan inkişafı, özünü həddindən artıq müstəqil aparması, regiondasöz sahibi olması Avropanın digər dövlətləri kimi Almaniyanı da narahat edir. Müsəlmandövlətlərinin inkişafı, xüsusilə Türkiyənin inkişafı təbii ki, xristian dövlətlərəxoş gələ bilməz.


Bir səbəb budursa,başqa bir səbəb sayın Rəcəb Tayyib ƏrdoğanınYaxın Şərqdə baş verən hadisələrdə sərt mövqe sərgiləməsi, İraqda və Suriyada gedən iç savaşlara Avropa dövlətlərininsözü ilə oturub-durmaması və bu məsələlərəsərt müdaxilə etməsi. Türkiyəni az qala İslam dünyasının qoruyucusuna çevirməsi.İraqı, Suriyanı iç savaşa sürükləyən, terrorçu təşkilatları silahlandıran ABŞ başdaolmaqla, Avropa dövlətlərinin yürütdüyü siyasətəqətiyyətlə təpgi göstərməsi.

Və ən başlıcası,xalqının öz lideri sayın Ərdoğanı dəstəkləməsi.Təbii ki, belə bir xarizmatik lider, belə bir qətiyyətli dövlət başçısı Avropaya sərf eləmir.

İndi görün nə olub.Sayın Ərdoğan İngiltərədə səfərdədi. Eləbu səfərin bir nəticəsidir ki, İngiltərəninbaş naziri xanım Mey ABŞ-ın səfirliyini Qüdsəköçürməsini dəstəkləməyib, yəni Türkiyənin,Fələstinin yanında oldu.

Təbii ki, bir ölkənin dövlətbaşçısı başqa bir ölkəyə səfər edərkən ordakı soydaşları onunla görüşməyəcan atır – iş adamlarından tutmuş, adi bir işçiyə qədər. Sevinir, bayram edir, küçələrdəmaşınının qabağını kəsib öz məhəbbətlərini nümayiş etdirirlər.

Sayın Ərdoğanın səfərində də bu özünü daha qabarıq şəkildə göstərir.

Bildiyiniz kimi,İngiltərənin ən məşhur klublarında türk əsilli futbolçular oynayır. Və onlar türklükadına bir şərəf gətirirlər. Özü də təkcəİngiltərədə yox, Avropanın onlarla məşhurkomandalarında türk əsilli futbolçulara rast gəlirik.

İndi dünyanın ən məşhur futbolçuları siyahısında olan MəsudÖzil, İlkay Gündoğan və Cenk Tosun gəliblər sayın Ərdoğanın qaldığı otelə, onunlabir çay süfrəsi arxasında əyləşiblər, sayıncümhur başkanları ilə dərdləşiblər və həm də şəkil çəkdiriblər. Məsud Özil də özformasının üzərinə «sayın cümhur başkanımıza sevgilərlə» yazaraq hədiyyə edib.

Bu da Almaniyadabomba kimi partlayıb, yer-yerdən Özilə vəGündoğana təpgilər yağdırırlar, hətta AlmaniyaFutbol Federasiyası da onların Türkiyə cümhur başkanı ilə görüşməsini və şəkil çəkdirməsini qınayıblar. Və bunu təkcə dünyada deyil, eləcədə Türkiyədə milyonların sevimlisi olan futbolçuların qarşıdan gələn cümhurbaşkanlığıseçimlərində sayın Ərdoğanı dəstəkləmələri kimi qiymətləndiriblər.

Əvvəla, bu futbolçularikili vətəndaşlıq daşıyırlar, həm də Türkiyə vətəndaşlarıdırlar. İkincisi də, öz liderlərini dəstəkləməkdə nə pis şey var ki?

Almanlar kimi soyuqqanlıbir millətin adi bir görüşü və bir fotonu belə hiddətlə qarşılamalarını anlayabilmədik və QINAYIRIQ!


TƏQVİM / ARXİV