ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Kitab oxuyarkən yuxulamağın səbəbləri

5640    |   2018-05-15 12:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çoxumuzun başına gəlmiş olar: mütaliə edərkən yuxu basır, başını eləcə kitabın üstünə qoyub yatmaq istəyirsən. Fərq etməz o kitab darıxdırıcıdır, ya maraqlıdır. Hətta ən qızğın ədəbiyyat dəlisi belə kitab oxuyarkən yuxuya yaxalanır. Niyə belə olur və mütaliədən ayıq başla zövq almaq üçün neyləməliyik? Böyük Britaniyanın Psixoloqlar Cəmiyyətinin doktoru Xristian Carret bunu belə izah edir:

Adətən biz kitab oxuyarkən rahat kreslo və ya divanda yayxanır, bəzən elə yatağımızda uzanılı halda oxuyuruq. Üstəlik kitab oxuyarkən sakit guşə seçirik, yaxud evin səs-küydən "azad” olmasını gözləyirik. Rahat yer, sərbəst poza və sakitçilik istər-istəməz yuxu gətirir. Həm də insan kitab oxuyarkən qəhrəmanların həyatına başı qarışdığından öz qayğı və problemlərini unudur, bu da nəticədə beyni sakitləşdirir və gərginlikdən arınmış beyin bədəni istirahətə göndərir.

Əgər əlinizdəki kitabı bitirmək məcburiyyətindəsinizsə, o zaman mütaliə zamanı yuxulamamaq üçün aşağıdakı məsləhətlərdən yararlanın:

* Kitab oxuyarkən nisbətən narahat yer seçin. Yəni yataq və kreslo yerinə stulda oturun. Azacıq səsdə televizor və ya radio eşidilsə yaxşı olar.

* Kitab oxuduğunuz otağın gur işıqlı olmasını təmin edin. Gur işıq yuxunu qaçırır.

* Otağın hərarətinə fikir verin, isti olmamalıdır. İsti hava yuxu gətirir.

* Kitabı birnəfəsə deyil, hissə-hissə oxuyun. Nə qədər təcili olsa da, gözlərinizə istirahət verin. Beş dəqiqəlik fasilə ilə pəncərədən baxa-baxa qəhvə için. Müxtəlif rənglər və hərəkətlər gözləri məşq etdirəcək, qəhvə isə beyni təravətləndirəcək.

* Ümumiyyətlə, bir saatdan artıq kitab oxumaq olmaz. Arada qalxıb hərəkət etmək lazımdır ki, əzələlər öz təyinatını xatırlasın, qan düzgün dövr olunsun.

* Kitab oxuyarkən aktiv oxucu olun. Yəni sadəcə sətirlərdə gəzinməyin. Əlinizdə karandaş olsun, bəyəndiyiniz yerləri qeyd edin. Həm bilgiləriniz artar, həm də beyin fəallaşar.

* Mütaliə vaxtını dəyişin. Hər gün eyni saatlarda kitabı "qucaqlayanda” yuxunun gəlişi gözləniləndir.


Şəfiqə ŞƏFA



İmza:
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK