adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Market... Çirkli un... Təmiz qız... - Emin Akif yazır

14859 | 2018-05-15 12:10

İşsizqaldığım günlərin sonu gəlmişdi. Məhəllə dükanlarının birində işə düzəlmişdim.Uzun bir piştaxtanın arxasında cürbəcür çərəzlər, un, düyü, buğda kimi şeylərinsatışına baxacaqdım. Amma mənim istədiyim iş bu deyildi. Yazmağa ehtiyacduyandan, yazmağa başlayandan həmişə arzum bu idi ki, yazı-pozu ilə məşğulolum, bu mühitin içində olum. Lap vərəq daşımaq olsun. Nə isə. Məni işə götürəndədemişdilər ki, sənin işinin adı səhər saat 8-dən axşam saat 11-ə kimi bupiştaxtanın arxasında satıcılıqdı. 250 manat da maaş alacaqsan.

Əynimiyaxşıca geyinib birinci iş günümə tələsdim. Qapının ağzında yük maşınlarıdayanmışdı. Biri meyvə-tərəvəzlə yüklənmişdi, o biri un kisələri ilə. Qapıyaçatanda mal qəbulunda işləyən kişi məni tanıdı.

- Hə, dünən gələn oğlansan sən... Gəl, uşaqlarlabirlikdə bu malları içəri daşımağa kömək elə. Kömək deyəndə ki, işinin adıbudur da bə. Daşı.

Dilimi dişlədim.

Axı, mənəbunu deməmişdilər. Özlüyümdə qəzəbləndim, hirsimi biruzə vermədim. Dedim, bəlkədaşıya bildim. Bəlkə belimdəki zədə imkan verdi bu ağır şeyləri daşımağa.İkinci un kisəsində elə bil, belimdə vərəq cırıldı. Belimlə bərabər şalvarımda... Dayandım. Bu iş mənlik deyildi.

- Məllim, mən daşıya bilmirəm.

- Necə yəni daşıya bilmirəm?

- Belimdə zədə var da.

- Belində zədə varsa, burda nə işin var ə?

- Ay məllim, məni işə götürəndə deməmişdilər ki,bunca ağır yük daşıyacaqsan. Bunun üçün fəhlə var.

- A kişi, mən bilmirəm. Get, müdirlə danış.

Getdimmüdirin otağına. Dedim ki, mən bu ağır yükləri daşıya bilmirəm. Axı, mən sizinləbelə danışmamışdım. Müdirsə qadın idi. Deyəsən, ciddiyətimi başa düşdü. Bəlkə dəqadınlığına salıb ürəyi yumşaldı. Onda yüngülləri daşımağa kömək edərsən –dedi, indisə keç piştaxtanın arxasına, tapşıracam, qızlardan biri gəlib sənəişinin nə olduğunu başa salacaq.

İçimbiraz rahatlaşdı.

Beləcə,mən birinci gün gah tərəzidə qiymət qəbzlərini səhv vurdum, gah da xurma növlərinisəhv saldım. Birinci gün elə də yüngül keçmədi. Ayaqüstdə dayanmaqdandabanlarım göynəməyə başladı. Elə bil, dabanlarımda fındıq bitmişdi.

15 saatbir yerdə dayanmaq, müştərilərin nazını çəkmək asan deyil. Uzun piştaxtanınarxasında təkbaşına isə heç asan deyil.

İkincigünün səhəri işə yaxşı ab-hava ilə başladım. Özüm üçün mistika da uydurmuşdum.Evdən çıxanda anama dedim:.

- Mama, mobil nömrəmdə iki 85 var, işə getdiyimavtobusun nömrəsi 85-di, işlədiyim yer Naxçıvanlılarındı. Bnu təsadüfdür,yoxsa?!

Anamsasadəcə gülümsəyirdi. Sevinirdi ki, aylarla pul girməyən evimizə nəhayət ki,maaş gələcək.

İkincigün mənə bu işin bicliklərini öyrətməyə başladı həmin qız. Qız danışdıqcaqaşlarını oynadır, nazik barmaqları ilə işarə edirdi. Lap drijor kimi. Qızahayıl-mayıl olmuşdum. Dərisi o qədər ağ idi ki, un kisəsinin içinə salıbçıxartsan, bilməzsən unlu olduğunu. Qızın səsini eşitmək üçün tez-tez yanıma çağırırdım,guya nəyisə bilmirəm.

- Bax, bu xurmaları tez-tez alt-üst elə, köhnələriüstə yığ, təzələri alta. Sonra əgər çəkiylə un istəsələr, yerə dağıtdığınunları israf eləmə. Sakitlik tapan kimi yığ, boşalt həmin kisəyə. Düyünü də,buğdanı da, şəkəri də eləcə.

- Niyə? Axı, çirkli unu camaata necə satım?

- Satacaqsan. Sənin yerə tökdüyün un ayın axırımaaşından tutulacaq.

Müştəriyaxınlaşdı.

- Mənə bir kilo təmiz buğda ver!

Buğdaolan qaba yaxınlaşdım, çömçəni buğdaya vurmuşdum ki, elə bil, buğdalar cana gəldi,yeriməyə, qaynaşmağa başladılar. Özüm də duruxdum, elə müştəri də.

- Bu nədir? Bunu bit basıb ki?!

Özümüitirmədim.

- Xanım, bu bizim müştəriyə hədiyyəmizdi.

Bərbadzarafat idi, bilirəm.

- Axırıncı dəfə olsun ki, bu dükandan nəsə alıram.Açıqda olan mallarınız belədirsə, gör indi bağlı olanları nə gündədi.

...deyib qışqırdı.

- Bura baxan var? Hardadır adminstratorunuz?

Aləm dəydibir-birinə. Admin bir yandan, müdir bir yandan tökülüşdülər. Bu bitli buğda mənimbaşımda təmizlənəcəkdi, bilirdim. Qadını birtəhər dilə tutub yola saldılar,amma bütün günü haqlı-haqsız danlaq eşitdim. Haqsız idilər, ona görə ki, buğdanıonlar alırlar, mən satıram. Haqlı idilər, ona görə ki, mənim buğdanın hərbitindən xəbərim olmalı idi.

Naharvaxtı gəldi. Tualetin yerini soruşdum. Sən demə, tualet mətbəxin düz içindəymiş.Tualetin qapısı düz yemək bişirilən yerin yanındaymış. Yemək yediyimiz masaanbarın tən ortasındaymış. Malların çeşidlə yığıldığı uzun rəflərin bir tərəfindəqızlar əynini dəyişir, o biri tərəfində kişilər. Yemək masasına 2-3 addımyaxında müdirin masası var. Bu nə qarışıq, pinti iş yeridir.

Üçüncügün diqqətimi çəkən şey məni iş yerindəki yeməkdən soyutdu. Yemək bişirən xalatualeti təmizləyirdi. Mətbəxə girəndə gördüm ki, qadın əllərini yumamış yeməyiqarışdırır. Diksindim...

Bayram ərəfəsibu piştaxtadakı vur-çatlasını heç yerdə görə bilməzsiniz.

Qəfilbir müştəri belə olmur. Bir də görürsən, iyirmisi birdən girir içəri. Bayramdahamı çərəz-çürəzə meyl edir. Təkbaşınasan. Biri deyir, 150 qram qoz ver, birideyir, 200 qram xurma çək. Elə ki, 300 qram gəldi, 100 qramın götüzdürür. Odeyir, un çək, bu deyir, düyü. Təkbaşına həm müştəriyə qulluq edirsən, həm dəboşalan düyü qablarını, un qablarını doldurursan. Biraz boş vaxt tapan kimipiştaxtanın arxasında kafelin üstünə kardon sərib oturmaq kimi ləzzətli şeyyoxdur. O da ki, nəzarətçi gəlib barmaq eləməsə.

Üzbəüzdəkiqəssaba paxıllıq çəkirdim. Zalımın balası özü də qırmaqdan asılan mal cəmdəyikimi iri idi. Ətdi də. Çox adamın ət almağa imkanı olmur axı. Gələn düyüyə,makarona, una gəlir. Sənin heç ayaqüstdə boş bekar durmağına 100 manat azdır, nəinkibütün bu işləri görməyinə, 15 saat keçi kimi dıbrımağına, səhər fəhlənin işinigörməyinə, üstəgəl, ayda iki gün istirahət etməyinə 250 manat hardan çatsın?!

Ən çətiniisə savadın ola-ola, istedadın ola-ola orta məktəbi bitiən kimi iş dalıncaqaçan adamlara birgə işləmək çətindir. Ən adi şeyləri belə başa sala bilmirsənonlara. İnanın, çətin olur. Məsələn, satıcıya deyirsən ki, sən fəhlə deyilsən,buranın fəhləsi var, maaş alır işinə görə. Qayıdır ki, əşşi, işdi, nə desələronu da elə də.

Yaradıcıadam bu qəfəsdə tez boğulur. İş insanın cövhəridir deyirdi atam. Öz canını işəsatdı. Əsəb, yol yorğunluğu, biznesi böyütmək həvəsi. Axırda 55 yaşında infarktoldu. İnsan əzabı həzm edə bilmir. Sadəcə içinə atır. Qalaq-qalaq yığılanproblem, əsəb, əzab insanı yeyib bitirir. Biz həmişə daha çox qazanmaq istəyirik,daha çox yemək istəyirik. Bunun üçün də nələri qurban vermirik ki?!

Bu işyerinə çox tab gətirmədim. Amma axırıncı gün...

... biziərzaq yığılan rəf ayırırdı. Paltarımı dəyişəcəkdim. Amma o ağ qız hələ gəlməmişdi.Gözlədim. Qız gəlib pərdəni aralayıb rəfin o üzünə keçən kimi mən də rəfin bu tərəfindəkipərdəni aralayıb paltarımı dəyişməyə girdim. Makarın, un, düyü kisələri o qədərsıx yığılmışdı ki, rəfin o olan tərəfi görünmürdü. Kisənin birini azca, ehmalcayana sürüşdürdüm. Balaca bir deşik açıldı. Qızı görmək üçün əlimdən gələniedirdim. Günahdı, haramdı... belə şeylər vecimə deyildi. Mənə bu çirkabın içindəsaf nəsə axtarırdım. Çörək kündəsinə bənzəyirdi, təzə yoğrulmuş xəmirə....Arzuma çatdım, içimdə mənəvi boşluğu doydurmuşdum bu xəmir kündəsi ilə. Düşünürdümki, bəlkə bu çörəyə görə işdən çıxmayım, cəhənnəmə dözərəm.

Amma axırıncıdəfə bir düyü sortunun dörd düyü növü ilə camaata satıldığının şahidi oldum vəqızdırma içində, belimdəki ağrılarla evə qayıtdım, bir də işə getmədim.

Səhərsitəzə-təzə dostlaşdığım, özünü tənqid etdiyim, amma bu tənqidi normal qarşılayanLəman Ələşrəfqızı mənim saytların birində köşə yazmağıma şərait yaratdı Bu mənimmətbuata gəlişimin ilki idi.

TƏQVİM / ARXİV