Adalet.az | Braziliyanın dünya çempionatı üçün heyəti açıqlandı Adalet.az | Braziliyanın dünya çempionatı üçün heyəti açıqlandı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Braziliyanın dünya çempionatı üçün heyəti açıqlandı

6789    |   2018-05-15 12:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb.

Adalet.az xəbər verir ki, heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb.

23 nəfərlik heyətdə PSJ-nin müdafiəçisi zədəli Dani Alves yoxdur. Mundialda iştirak edəcək braziliyalı futbolçular bunlardır:

Qapıçılar: Alison ("Roma”, İtaliya), Ederson ("Mançester Siti”, İngiltərə), Kasiu ("Korintians”);

Müdafiəçilər: Danilu ("Mançester Siti”, İngiltərə), Faqner ("Korintians”), Markinyus, Tyaqu Silva (hər ikisi PSJ, Fransa), Miranda ("İnter”, İtaliya), Marselu ("Real”, İspaniya), Pedru Jeromel ("Qremio”), Filipi Luis ("Atletiko”, İspaniya);

Yarımmüdafiəçilər: Kazemiru ("Real”, İspaniya), Paulinyu, Koutinyu (hər ikisi "Barselona”, İspaniya), Vilian ("Çelsi”, İngiltərə), Fernandinyu ("Mançester Siti”, İngiltərə), Renatu Auqustu ("Beycinq Sinobo Quoan”, Çin), Fred ("Şaxtyor”, Ukrayna);

Hücumçular: Neymar (PSJ, Fransa), Qabriel Jezuş ("Mançester Siti”, İngiltərə), Robertu Firminu ("Liverpul”, İngiltərə), Douqlas Kosta ("Yuventus”, İtaliya), Tayson ("Şaxtyor”, Ukrayna).

Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq. Bu milli dünya çempionatından əvvəl iyunun 3-də Xorvatiya və iyunun 10-da isə Avstriya ilə yoxlama matçı keçirəcək.




İmza:
SON XƏBƏRLƏR
2018-08-15


VİDEO