adalet.az header logo
  • Bakı 13°C
15 May 2018 11:38
14282
DÜNYA
A- A+

Bu türk ölkəsində əhali qızıllarını satışa çıxardı

Türkmənistan əhalisi yoxsulluq ucbatından qızıllarını satmağa başlayıb

Adalet.az xəbər verir ki, bu barədə informasiyanı "Azadlıq” radiosu yayıb. Radio artıq bazarlarda sovet dövrünə aid çoxlu sayda qızılın peyda olduğunu bildirib:

"Türkmənistanda lombardlar yoxdur. Əhalidən qızılları alverçilər alırlar. Defisit və qiymət artımı insanların qida məhsulları əldə etməsi üçün bu yola baş vurmalarına şərait yaradıb”.

Qeyd edək ki, son günlər Türkmənistanda kəskin qiymət artımı müşahidə edilir. Ölkədə un, şəkər çatışmazlığı var. Müxtəlif bölgələrdə şirniyyat məhsullarının qiyməti 2 dəfədən çox artıb.