adalet.az header logo
  • Bakı 11°C
15 May 2018 11:28
6664
GÜNDƏM
A- A+

Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirəcək

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu və Türkiyə hərbçiləri birgə təlim keçirəcək.

Adalet.az xəbər verir ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, mayın 29-dan 31-dək Qars şəhərində Türkiyə-Azərbaycan döyüş atışlı birgə təlim olacaq.

Ötən gün bununla bağlı Naxçıvanda yerləşən "Ümid” körpüsündə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi olub. Mərasimdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib. Bayraq dəyişmə mərasimi başa çatdıqdan sonra Əlahiddə Ümumqoşun Ordunun Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminə cəlb edilmiş şəxsi heyət və hərbi texnikaları Qars şəhərinə yola salınıb.