adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
15 May 2018 10:53
12121
MƏMLƏKƏT
A- A+

Naxçıvanda 302 nəfər işlə təmin olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası cari ilin aprel ayında da diqqətdə saxlanılıb.

Adalet.az-ın məlumatına görə, məşğulluq mərkəzləri tərəfindən 302 işaxtaran müxtəlif sahələrdə işlə təmin olunub ki, onların 83-ü gənclər, 9-u sağlamlıq imkanları məhdud şəxslər, 6-sı isə ünvanlı sosial yardım təyini üçün müraciət edənlərdir. Həmçinin ötən ay 33 işaxtaran müvəqqəti və mövsümi işlərə göndərilib. Hesabat dövründə uzun müddət ünvanlı dövlət sosial yardımı alan 8 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib.

Sağlamlıq imkanları məhdud şəxslərin və tənha ahılların tibbi və sosial reabilitasiyası da diqqətdə saxlanılıb, 49 şəxsə sanatoriya və pansionatlara göndəriş verilib, 20 nəfər isə texniki reabilitasiya vasitələri ilə təmin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Poqramı”nın icrası ilə əlaqədar məhdud fiziki imkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən Distant Tədris Mərkəzində 22 hərəkət qabiliyyəti məhdud şagirdin və eşitmə məhdudiyyətli şəxslər üçün fəaliyyət göstərən distant tədris kursunda 7 sağlamlıq imkanı məhdud uşağın tədrisi davam etdirilib.