adalet.az header logo
  • Bakı 11°C
14 May 2018 23:27
8566
GÜNDƏM
A- A+

DAĞLARA YÜKSƏLƏN SEVİNC VƏ QÜRUR

(əvvəli ötən sayımızda)

Heyvandarlığın inkişaf etdirilməsi və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, xaricdən idxal olunan cins malların güzəştlə satılmasına diqqət göstərilmiş, 8 nəfərə 18 baş cins malın alınması üçün rəy verilmişdir.
"Aqroservis" filialı tərəfindən istehsalçıların texnikaya, mineral gübrələrə, pestisidlərə olan tələbatlarının ödənilməsi üçün 318,5 ton mineral gübrənin 70 % güzəştə fermerlərə satılması təmin edilmiş, 84,0 ha sahədə əkin işləri aparılmışdır.
Cari ilin birinci rübündə rayon ərazisində abadlaşdırma, tikinti, təmir və quruculuq işləri davam etdirilmişdir.
Şəhərdə 23 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işlərinin aparılması nəzərdə tutulmuş, 11 binada təmir işlərinə başlanılmış, 5 binada başa çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçay hissəsi, hərəkət hissəsi - 9 m, yol çiyinləri -2 m olmaqla 13 metr enində yenidən tikilir. Yolda avtobus dayanacaqları, su və kommunikasiya keçidləri, yol nişanları və istiqamətləndirici lövhələr quraşdırılacaq, körpülər yenidən qurulacaqdır.
Yolun tikintisi ilə əlaqədar olaraq Balakən şəhəri ərazisinin Heydər Əliyev prospektində su və kanalizasiya xətlərinin tikintisi həyata keçirilmişdir.
Cari ildə 18 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 29 km uzunluğunda Balakən-Qazbinə-İtitala avtomobil yolunun tikintisi də davam etdirilmişdir. Şərif kəndində inşa edilən 360 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatdırılmış, 130 yerlik Qullar uşaq bağçasının təmirinə başlanılmışdır.
2017-ci ilin sonlarında tikintisinə başlanılan 320 şagird yerlik uşaq incəsənət məktəbinin tikintisi davam etdirilmişdir.
Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması məqsədilə 12 transformator cari, 6 transformator isə əsaslı təmir edilmiş, 6-10 kvt-luq elektrik verilişi xətləri üzrə 27 dayaq, 0,4 kvt-luq elektrik verilişi xətləri üzrə 117 dayaq yenisi ilə əvəz edilmişdir.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində magistral və şəhər xətlərində xırda təmir işləri aparılmışdır. Bununla belə su-kanal idarəsi əhalini fasiləsiz içməli su ilə təmin etmək üçün mənbədə və su anbarlarında təmizləmə və təmir işləri aparmalı, magistral və şəhər su xətlərində su itkisinin qarşısını almaq üçün tədbirlər görməlidir. Yay aylarında əhalinin su ilə təchizatında problemlərin yaranmaması üçün su xətlərində su kranları qoyulmalı, içməli sudan suvarma məqsədləri üçün istifadə olunmamalıdır.
Rüb ərzində əhaliyə verilmiş elektrik enerjisinin dəyəri 81,6 faiz, içməli suyun dəyəri 90,4 faiz, qazın dəyəri 94,3 faiz ödənilmişdir.
Hesabat dövründə işaxtaran vətəndaşların sosial müdafiəsinin təmin edilməsi, əmək ehtiyatlarından düzgün və səmərəli istifadə olunması məqsədilə vakant iş yerləri haqqında məlumatlar toplanılmış, işləməyən əhalinin uçotu aparılmışdır.
Məşğulluq mərkəzinə 462 nəfər işaxtaran vətəndaş müraciət etmiş, 237 nəfərə işə göndəriş verilmiş, işlə təmin olunanlar əsasən çoxmənzilli binaların təmirinə, həmçinin abadlıq və yaşıllaşdırma işlərinə cəlb edilmişlər. Hesabat dövründə təhsil sahəsində əsas diqqət "Ümumi təhsildə keyfiyyət ili" çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı məsələlərə yönəldilmişdir.
Bu məqsədlə IX və XI siniflər üzrə son 3 ildə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinin təhlilləri aparılaraq ümumiləşdirilmiş, ən yaxşı və ən pis nəticə göstərən məktəblər müəyyən edilmişdir.
Son 3 ilin buraxılış imtahanlarının nəticələrinin təhlili göstərmişdir ki, tam orta məktəblər üzrə Lisey, Nizami adına şəhər 1 saylı, Katex 1 saylı, Qaravəlli kənd tam orta məktəblərin, ümumi orta məktəblər üzrə Qaracabinə, Acılıqbinə, Tülü kənd 2 saylı ümumi orta məktəblərinin nəticələri daha yüksək olmuş, həmin məktəblər reytinq sıralamasında öncül yerləri tutmuşdur.
Cari tədris ilində fənn olimpiadalarında qazanılan nailiyyətlər əvvəlki illərlə müqayisədə daha yüksək olmuş, I turda uğurla çıxış edən ümumtəhsil məktəblərinin 92 nəfər şagirdi II turda iştirak etmək hüququ qazanmışdır.
2018-ci ilin I rübündə rayon əhalisinin kütləvi tibbi müayinədən keçirilməsinə, həmçinin uşaqların icbari dispanserizasiyasına başlanılmış, müayinə zamanı xəstəlik aşkar olunanların ambulator və stasionar müalicəyə cəlb olunması təmin edilmişdir.
Hesabat dövrü ərzində 15 respublika səviyyəli birincilik, çempionat və turnirlərdə 140 idmançımızın iştirakı təmin edilmişdir. İdmançılar həmin yarışlarda 12 dəfə I yeri, 2 dəfə II və III yerləri tutmuş, ümumilikdə 16 medal qazanmışlar. 2018-ci ilin fevral ayında rayonumuzun idmançısı Məhəmməd Yusifov idmanın boks növü üzrə Belarusiyadakı beynəlxalq turnirdə I yeri, Litvadakı beynəlxalq turnirdə isə III yeri tutmuşdur.
2018-ci ilin birinci rübündə rayon polis şöbəsi tərəfindən 48 cinayət hadisəsi qeydə alınmış, onlardan 97,1 %-nin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 5 fakt azalmışdır.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 fakt çox olmuş, 18 cinayət faktı üzrə 4,9 kq narkotik vasitə dövriyyədən çıxarılmışdır.
Cari ildə RİH başçısı tərəfindən aparatda 130 nəfər vətəndaş qəbul edilmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə qəbula gələn vətəndaşların sayı 1 nəfər artmışdır.
Əhalini daha çox narahat edən, eləcə də kollektiv müraciətlərdə qaldırılan məsələlərin həlli, yaşayış məntəqələrinin abadlaşdırılması, enerji və içməli su təminatının yaxşılaşdırılması, kənd yollarının asfaltlaşdırılması və digər sosial problemlərin həlli rayon icra hakimiyyəti başçısı aparatında vətəndaş müraciətləri ilə aparılan işlərin prioritet istiqamətlərini təşkil etmiş, belə müraciətlərin baxılmasına xüsusi diqqət göstərilmişdir.