adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 May 2018 18:16
7539
GÜNDƏM
A- A+

Gömrük Məcəlləsinə dəyişikliklər ediləcək

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Məcəlləsinə dəyişikliklər paketi hazırlayır.

Bunu DGK-nin Fəaliyyətin dəyərləndirilməsi və inkişaf proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

İ.Babayev bildirib ki, dəyişikliklər paketi yaxın zamanlarda baxılması üçün hökumətə təqdim olunacaq: "Son dövrlərdə idxal-ixrac əməliyyatları ilə bağlı fəaliyyətimiz Vergilər Nazirliyi ilə birgə nizamlanır ki, dəyişikliklərin bir hissəsi bu faktla bağlı olacaq. Ümumilikdə isə dəyişikliklər gömrük prosedurlarının sadələşdirilməsi, gömrük-buraxılışı məntəqələrindən sürətli keçidin təmin olunması ilə əlaqədardır".