adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 May 2018 10:39
12943
ƏDƏBİYYAT
A- A+

Orxan Pamuk fəxri doktor seçildi

Yunanıstanın Krit Universiteti Orxan Pamuku "fəxri doktor” elan etdi.

Adalet.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, universitetin ədəbiyyat və fəlsəfə fakültəsində keçirilən tədbirdə Orxan Pamuka fəxri doktor adı verilib.

Orxan Pamuk tədbirdə bunları söyləyib:

"İnsanlar mənə niyə yazırsan deyə soruşanda, yazmaq ehtiyacım olduğu üçün yazıram deyirəm. Kağızın qoxusunu sevdiyim üçün yazıram. Yazmaq məni xoşbəxt edir”.

Universitet rəhbərliyinin sözlərinə görə, fərqli xalqların və fərqli mədəniyyətlərin bir-birini anlamasına köməkçi olduğu üçün Orxan Pamuka fəxri doktor adı verilib.