adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Oktyabr 2018 10:29
21741
ƏDƏBİYYAT
A- A+

Bu romanlar qadağan olunub

Ədəbiyyat demək olar ki, bütün dönəmlərdə hakim dairələrin, dini rəhbərlərin və digər qurumların diqqətdə saxladığı sahə olub. Bu səbəbdən müxtəlif zamanlarda, dünyanın bir çox ölkələrində rejimin əmri ilə bəzi kitabların oxunmasına qadağa qoyulub. Qadağanın səbəbləri isə kitabdan kitaba dəyişir.


"Lolita" Vladimir Nabokov

Bir kişinin xəstəlik dərəcəsində gənc qızlarla maraqlanmasından bəhs edir. Yeni İngiltərədə yaşayan 12 yaşlı qıza duyduğu şövq onu anası ilə evlənərək günahını yumasına məcbur edir. Amerika "Sandey Ekspress" nəşriyyatının redaktoru oxuduğu kitablar arasında Nabokovun romanını "ən çirkli kitab" adlandırıb. Bütün çap olunan nüsxələr dövriyyədən çıxarılıb. Bu, romanın pornoqrafik olması ilə izah olunub.

"Sallaqxana nömrə beş və ya Uşaqların xaç yürüşü" Kurt Vonnequt

Süjetə əsasən qəhrəman amerikalı hərbiçi almanların əsirliyinı düşür. Uzun müddət dresden sallaqxanasında saxlanılır. Kitabda çox sayda qorxulu səhnələrin olduğundan uşaqların psixikasını pozmamaq üçün Amerikada qadağan edilmişdir.

"Qəzəb Salxımı" Con Steynbek

Ədəbiyyatçılar tərəfindən yaxşı qarşılansa da Steynbekin "Qəzəb Salxımı" kitabı Amerikada qadağan edilir. Əsərdə bir ailənin qurunun və iqtisadi böhran nəticəsində yaşadıqları yeri tərk etmələrindən və başlarına gələn faciədən bəhs edir.

"Şeytan ayələri" Salman Rüştü

Düşdüyü avto qəzadan sonra Saladin Camci parçalara bölünür. Qibreel Farişita isə öz həyatını necəsə yoluna qoymalıdır. Çox müsəlmanlar kitabın müəllifinin islam dininə hörmətsizlik etdiyini düşünür. Venesuelada bu kitab qadağan olunub.

"Xərcəng tropiki" Henri Miller

Kitab satışa çıxan kimi Pensilvaniyanın Ali Məhkəməsinin sədri Mayk Musmanno deyib: "Bu kitab deyil. İnsan əxlaqsızlıqlarının çürümüş qalıqlarının çalasıdı". Məsələ ondadır ki, yazıçı dostları və iş yoldaşları ilə girdiyi intim münasibətləri çox açıq şəkildə təsvir edib. Təbii, kitab qadağan edilib.

"Cəsur yeni dünya" Oldos Haksli

Haksli bu kitabı Uellsin "Allaha bənzər insanlar" kitabının parodiyası kimi yazıb. Kitaba İrlandiya da uşaq doğumları ilə bağlı mübahisə yaratdığı üçün qadağa qoyulub. Amerikada isə həddindən artıq mənfi fikirlərin olduğuna görə kitabın satışı dayandırılıb.

Erix Maria Remark – "Qərb cəbhəsində yenilik yoxdur”

1929-cu il tarixi müharibəni göstərən roman həmin dövrün müdafiə qüvvələrinin başçısı Vermaxtı aşağıladığı və əsgərlərin motivasiyasını aşağı saldığı üçün Nasist Almaniyasında qadağan olunmuşdur.

Boris Pasternak – "Doktor Jivaqo”

Müharibə əleyhinə çıxan roman stalinizmi tənqid etdiyi üçün SSRİ-də 1988-ə qədər qadağan olunub.
Adolf Hitler – "Mənim mübarizəm”

1925 və 1926-cı illərdə yazılan kitabın Almaniyada yenidən çapına qadağa qoyulub. Eləcə də Avstriya daxil olmaqla, bütün Avropa ölkələrində çapı dayandırılıb. Bu kitabın hələ də təhlükəli və eyni zamanda qorxulu hesab olunur. Kitabın Almaniyada çapına qadağa bu yaxında götürülüb.

Corc Oruel – "1984”, "Heyvanıstan”

1949-cu ildə yazılıb. Tarixi, utopik romandır. Əsər 1950-ci ildə SSRİ-də qadağan olunub. Stalin roman bəhs olunan iqtidarın öz imperiyası olduğunu düşünmüşdü. İngiltərə və ABŞ-da isə antikommunizm, antisemitizm və seksual mövzusuna görə qağalara məruz qalıb.

"Heyvanıstan” romanı isə Stalin və ölkəsinə ironiya edirdi. Bunu diqqətə alan ABŞ və İngiltərə II Dünya Müharibəsində Stalini gücləndirməmək üçün müharibənin ən kritik vaxtlarında kitabı çap etməmək qərarı alıblar. Kitab hətta Keniyada da qadağan olunub.

Aleksanr Soljenitsin – "İvan Denisoviçin bir günü”

1962-ci ildə yazılan roman iki ildən sonra Sovet İmperiyasında qadağan olunub.

Ceyms Coys – "Uillis”

1922-ci ildə yazılan roman 1930-cu illərdə ədəbsiz hesab olunaraq ABŞ, İngiltərə və Avstraliyada qadağan olunub. ABŞ 1933-cü ildə qadağanı geri götürüb.

Den Braun – "Da Vinçi şifrəsi”

2003-cü ildə yazılıb. Roman xristianlığı "alt-üst” etdiyi üçün Livanda qadağan olunub.

Elif Şafak – "Ata və bic”

2006-cı il yayımlanıb. Biri türk, digəri erməni əsilli olan bir ailənin fonunda türk-erməni münasibətlərinin 90 illiyini araşdıran bu tarixi romanın müəllifi və naşiri məhkəməyə verilib. "Türk millətini soyqırımı törədən kimi göstərmək, türkçülüyü aşağılamaq” iddiası irəli sürülüb. Məhkəmə Avropa Parlamentində səs-küy yaradandan sonra bəraət qazanıb.

Səbahəddin Əli – "Şüşə saray”

1947-ci ildə yayımlanan son hekayəsi dövlətə qarşı çıxdığı iddiası ilə qadağan olunub.

Atilla İlhan – "Belə bir sevgi”

1979-cu ildə yayımlanan şeir kitabı Türkiyədəki 12 sentyabr hadisələri vaxtı yığışdırılıb.

Can Yücel – "Rəngarəng”

Bu şeir kitabı 1980-ci ildə Türkiyədə ədəbsiz olması iddiası ilə kitab mağazalarından yığışdırılıb.

Anna Frank – "Anna Frankın xatirə dəftəri”

Avtobiaqrafik əsərdir. Livanda sionist təbliğatı aparılması iddiası ilə qadağan olunub.