adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2018 17:03
11642
SİYASƏT
A- A+

“Qüds planı Trampın ağılsız qərarlarından biridir”

Qabil Hüseynli: "Mən belə düşünürəm ki, bu qərar yaxın şərqdə sülhə və əminamanlığa xidmət etməyəcək”

Adalet.az xəbər verir ki, bugün ABŞ İsrailin Təl-Əvivdəki səfirliyini Qüds şəhərinə köçürür. Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında bu qərarın ABŞ prezidenti Donald Trampın ağılsız qərarlarından biri olduğunu deyib:


"Baş verənlər o qədər də normal hadisə deyil, beynəlxalq müsaibətləri gərginləşdirəcək. Bu Trampın ağılsız qərarlarından biridir. Qüds şəhəri üç səmavi dinin mərkəzi kimi tanınır. İndi Qüdsün paytaxt kimi təqdim edilməsi, hardasa münasibətlərə xələl gətirəcək. Avropa və müsəlman ölkələri də bu qərarı pisləyirlər. Qüds şəhəri haqqında belə bir beynəlxalq plan var idi ki, şəhər nə İsrailin, nə Fələstinin paytaxtı kimi yox, beynəlxalaq bir dini mərkəz kimi qəbul edilsin. Nəzarət İsraildə qalmaqla üç səmavi dinin mərkəzi kimi ziyarətə açılsın. İsarail buna razı olmadı və nəticə etibarı ilə də belə gərgin vəziyyət yarandı. Bu gərgin vəziyyəti də təşkil edən Donald Tramp oldu. O, demişdi ki, prezident seçiləcəyi təqdirdə İsraildəki səfirliyini Qüdsə keçirəcək. Onun bu qərarı etirazla qarşılansa da, amma heç bir təsiri olmadı. ABŞ verdiyi qərarı həyata keçirməyə başladı. Mən belə düşünürəm ki, bu qərar yaxın şərqdə sülhə və əminamanlığa xidmət etməyəcək”.