adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2018 10:48
21946
MƏDƏNİYYƏT
A- A+

Opera müğənnimiz beynəlxalq festivalda

Azərbaycanlı opera müğənnisi TÜRKSOYun yaranmasının 25-ci ilinə həsr olunmuş Türk Dünyası opera ulduzlarının beynəlxalq festivalında iştirak edib.

Adalet.az-ın verdiyi xəbərə görə, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğısıtanın təmsil olunduğu festivalda ölkəmizi soprano səsli opera müğənnisi Eleonora Mustafayevə təmsil edib.

Türkiyənin Qaziantep, Kahramanmaraş və Adana şəhərlərində baş tutan turne konsertdə klassik və türk bəstəkarlarının əsərlərinin səsləndirilib.

70-ə yaxın sənətçidən ibarət olan və məşhur dirijor Pyotr Qribanovun idarə etdiyi Qazaxıstan Dövlət Simfonik Orkestrinin müşaiyəti ilə çıxış edən Eleonora Mustafayeva Cakamo Puççininin "Canni Skikki” operasından Laurettanın ariyasını, Fikrət Əmirovun "Sevil” operasından Sevilin ariyasını, Cüzeppe Verdinin "Trubadur” operasından Leonoranın ariyasını vəÜzeyir Hacıbəylinin "Arşın mal alan” operasından Gülçöhrənin ariyasını ifa edib.