adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 May 2018 17:19
12773
SİYASƏT
A- A+

Rusiyadan Poroşenkoya cavab gəldi

"Ukrayna prezidenti Pyotr Poroşenko Donbassda seçkilər keçirilməsindən öncə ora BMT sülhməramlılarının göndərilməsinin vacibliyi haqqında bəyanat verməklə hadisələri qabaqlamaq istəyir"

Adalet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavinin Qriqoriy Karasin jurnalistlərə açıqlamasında deyib.

"Mənə elə gəlir ki, öz yanaşmalari lə Poroşenko hadisələri qabaqlamaq istəyir. Hər şeydən əvvəl, o, Donetsk və Luqansk əhalisindən bu barədə nə fikirləşdiklərini soruşmalı və 2015-ci ilin fevralındakı Minsk razılaşmalarının məzmununa diqqətlə baxmalıdır.” – deyə karasin vurğulayıb.

Qeyd edək ki, daha öncə Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Ukrayna üzrə Minsk razılaşmaları və sülhməramlılar məsələsinin də yer alacağı "yol xəritəsi”nin dəqiq tətbiq edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini dəstəkləməli olduğunu bildirmişdi.