adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 May 2018 17:16
15251
DÜNYA
A- A+

Qəzzada qarşıdurma davam edir: 16 ölü, 500 yaralı

Qəzzada İsrail ordusu tərəfindən öldürülən dinc fələstinlilərin sayı 16-ya çatıb. 500-ə yaxın insan isə yaralanıb.

Adalet.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən bu gün Qüdsə köçürməsinə qarşı Qəzzanın İsraillə sərhəddində 10 mindən çox fələstinli etiraz aksiyası keçirir. İtkilərə baxmayaraq, onlar mübarizəni davam etdirəcəklərini bəyan ediblər:

"Bu gün çoxları şəhid olub. Amma bu, bizim hasarı keçib İsrail və dünyaya həmişə işğal altında qalmağı qəbul etməyəcəyimizi göstərdiyimiz gündür”.