adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 May 2018 16:04
5693
HADİSƏ
A- A+

Ucarda maskalı şəxslər evə basqın etdi

Martın 17-də DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə Ucar rayonunun Müsüslü kəndində yaşayan Z.Əliyevanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını yaylıqla bağlayaraq oradan 1000 manat dəyərində qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, ​Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların kənd sakinləri Rəcəb Hüseynov və Anar Hüseynov olduqları müəyyən edilib. ​Faktla bağlı araşdırma aparılır.