adalet.az header logo
  • Bakı 13°C
14 May 2018 15:54
14614
DÜNYA
A- A+

Britaniya səfirliyini Qüdsə köçürməyəcək

Böyük Britaniyanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyəti yoxdur.

Adalet.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin məlumatında deyilir.

Məlumatda həmçnin vurğulanır ki, rəsmi London ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini ora köçürməsi qərarı ilə razılaşmır.

Qeyd edək ki, dünyanın əksər ölkələri hesab edir ki, müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs olan Qüds şəhərinin statusu yekun sülh anlaşması ilə müəyyənləşdirilməlidir. Səfirliklərin köçürülməsi isə bu cür sülh razılaşmasının reallaşmasına kölgə salır və Yaxın Şərqdəki gərginliyi daha da artırır.

Xatırladaq ki, ABŞ-la yanaşı, Qvatemala da səfirliyini Qüdsə köçürmək qərarı verib. Bu proses rəsmi şəkildə mayın 16-da həyata keçiriləcək. Mayın sonunda isə Paraqvay da oxşar addım atacaq.