adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2018 15:44
9153
GÜNDƏM
A- A+

ERKAL ZENGER TURQUT ÖZALLA NECƏ MƏZƏLƏNİB?

Qardaş Türkiyədə Erkal Zenger adlı məşhur bir seçki ustası varmış, 2003-cü ildə vəfat edib. Bu adam Dəmirəlin, Turqat Özalın, Məsud Yılmazın, Tansu Çillərin, Ərbakanın baş bakan və cümhur başkanı seçki kampaniyalarına rəhbərlik edibmiş. Və onun usta təşkilatçılığı nəticəsində həmişə kampaniyasının yürütdüyü liderlər qalib gəlirmiş. Hətta mitinqlərdə səsucaldanların necə işləməsini belə özü nizamlayırmış. Və avtobusların üzərinə çıxıb mitinqlərdə nitq söyləmələri də Türkiyədə ilk dəfə o tətbiq edibmiş.

Turqut Özal cümhurbaşkanlığına adaydı. Erkal bəy də seçim kampaniyasını aparır. Turqut bəy özü oturub avtobusun içində, Erkal bəy də avtobusun üstündə, küçələri dolaşaraq xalqı Turqut Özala səs verməyə çağırır.

Bir fahişəxananın önündən keçərkən avtobusu saxladır və deyir:

- Xanımlar, sayın başbakanımız qapınızın önünə gəlmişdir . Sayın başbakanımız sizi məhəbbətlə salamlayır, xeyirli işlər diləyir!

Həyat qadınları küçəyə çıxıb Turqut Özalı alqışlayır.

Səhərisi gün qəzetlər belə bir manşetlə çıxır: «Erkal Zenger çağrı yapdı, genelevlərdəki həyat qadınlarının oyu Özala».

Səhər Turqut Özal çay içərkən qəzetlərə baxır, manşetləri və şəkilləri görüb bərk əsəbləşir. Erkal bəyi yanına çağırıb deyir:

- Bu, nə rəzalət?!

- Sayın başbakan, onlar da insan, sizi sevirlər. Onların oylarına ehtiyac yoxmu?

- Sayları nə qədərdi?

Erkal bəy ağlına gələn bir rəqəm söyləyir:

- 56860. Ailə ilə götürəndə bir milyon. Az şeymi bu?!

Turqut Özal:

- Yapma, ya?! O qədər çoxmu?! İyi etmisən. Əyləş çay içək.

Mənbə: Emin Çölaşan «Sözçü» qəzeti.

Çapa hazırladı:

Nicat Novruzoğlu