AQİL ABBAS:SƏTİRALTI, İSTEHZA, KİNAYƏ, İRONİYA, SARKAZM

AQİL ABBAS
291648 | 2018-05-15 10:02

Azərbaycanədəbiyyatında sarkazmın ən böyük nümayəndələri Mirzə Cəlil, Haqverdiyev, Mirzə ƏləkbərSabir vəÜzeyir Hacıbəyov olub. Təbii ki, onlara dabu miras ölkəyə yeni düşüncə tərzi gətirənböyük mütəfəkkir Mirzə Fətəli Axundovdanqalmışdı. Sonra Sovet hökuməti gəldi, senzura gəldi, bu böyük mütəfəkkirlər xalqa çatdırmaq istədikləri fikirləri lağ-lağı və ironiya ilə birtəhər yola verirdilər.

Sətiraltıfikirlər isə 60-cı illər yazarlarında daha çox özünü göstərməyə başladı. Senzuraonların nə demək istədiyini çox vaxt tutabilmirdi. Sonra daha da ürəkləndilər sarkazma keçdilər. Sarkazmın da ən böyüknümunəsini Anar yaratdı: «Yaxşı padşahınnağılı». Sovet hökumətinin asıb-kəsən vaxtı Anar Brejnevi bu hekayə ilə yıxıb-sürümüşdü. Həmin dövrlərdə bu hekayə deyildi,bombaydı. Özü də təkcə Azərbaycanda yox, bütün SSRİ-də partlamışdı, qəlpələri dəqonşu dövlətlərə dağılmışdı.

Sətiraltılar,kinayələr, ironiyalar Elçinin, İsi Məlikzadənin, Seyfəddin Dağlının, Salam Qədirzadənin,Cahangir Aslanoğlunun əsərlərində özünü daha çox göstərirdi.

Həttaşairlərdə bu özünü daha çox büruzə verirdi. Məsələn, Səməd Vurğunu araşdırsalar,görərlər ki, şeirlərinin əlli faizi sətiraltıdı - «26-lar» poeması başda olmaqla.Hələ «Zəncinin arzuları»nı bir də oxuyun. Bu ənənə Səməd Vurğundan Bəxtiyar Vahabzadəyəkeçdi. Məsələn, Bəxtiyar Vahabzadənin Leninəhəsr etdiyi poeması başdan-ayağa antileninizmdi. Baba Pünhan,Qürbət Əziz şeirlərinin əksəriyyətində ürəkdəntikan çıxaran sözləri sətiraltı ifadə edirdi. Sonrakınəsillər də Sovet hökumətindən hayıflarını həmin yolla çıxıblar.

Jurnalistikamızdada varıydı, xüsusilə də Anarın, İsi Məlikzadəninvə Tofiq Abdinin publisist yazıları sətiraltılarla, kinayələrlə dolu idi.

Bugün də jurnalistikamızda belə qələm sahibləri var, az da deyillər. Məsələn, ZaminHacı, Xalid Kazımlı və təvazökarlıqdan uzaq olsa da bəndəniz.

Dünyada yumor hissiolmayan xalqlar var və dünyada həddindən artıq yumor hissiolan xalqlar da var. Məsələn, ruslarvə türklər. Bəs, bizim xalqda necədi, cavablarınızı gözləyirik.


TƏQVİM / ARXİV