adalet.az header logo
  • Bakı 20°C

ƏDƏBİYYAT ADAMI

AFAQ MƏSUD
181608 | 2018-05-14 13:25

Əziz Elçin müəllim, dünən Sizin75 yaşınız tamam oldu. Açığı, bu rəqəm məni həm sevindirir, həm də kövrəldir.Sevinməyimin səbəbi – bu yaş həddinə illərin və hadisələrin axarıyla zatəndəyişmədən, həmin nəcibliklə, şəxsiyyət, alim və yazıçı kamilliyi, dərinelmi-analitik təfəkkür, ədəbiyyata və onun adamlarına hər zaman duyduğunuzsevgi və sədaqətinizlə gəlib çatmağınızdır. Kövrəlməyimin səbəbi – bu illəriniçində olanlar, hələ də ilğımvari işartılarla yanıb sönə-sönə Sizinlə birlikdə yolgetməyə, yaşamağa davam edənlərdir... Unudulmaz ədəbiyyat və xalq adamlarıİlyas Əfəndiyev, Əli Vəliyev, Məsud Əlioğlu, Hüsü Hacıyev küçəsi 19, buəfsanəvi Yazıçılar Binasının tarixi sakinləri – uzaq uşaqlıq illərində tez-tezhəyətimizdə, pilləkənlərdə, evimizdə, yaxud ikinci ev saydığımız Yazıçılarİttifaqında rastlaşdığımız, yaxın qohumlarımız, əmi-dayı bildiyimiz İsaHüseynov, İsmayıl Şıxlı, Kamal Talıbzadə, Zeynal Xəlil, Əliağa Kürçaylı, SalamQədirzadə, Hüseyn Abbaszadə, Qabil, daha kimlər və kimlər…

Bu gün bu yubiley tarixi iləbağlı təsirləndiyim ayrı məqamlar da var. Bu, Sizin hələ lap gənclik illərindənözünüzü hər şeydən təcrid edib bütünlüklə ədəbiyyata bağlanmağınız, illərin vəhadisələrin axarıyla iş yerinizi, vəzifənizi dəyişsəniz də, ədəbiyyatı, BədiiSözü hər şeydən uca tutmağınız, hər zaman heç nəyin fərqinə varmadan, böyükƏdəbiyyat Adamı olaraq qalmağınızdır.

Bir insanın o biri insan üçüntəmənnasız olaraq nə isə etməsi hər zaman məndə qəribə kövrəklik hissi yaradıb.Sizin timsalınızda bu təmənnasızlığın miqyası xeyli böyükdür və göz önünə böyükbir xalq, millət üçün görülən misilsiz işlər, Vətənə, milyonlarla insana yarıməsrdən çox zaman kəsiyində göstərilən təmənnasız xidmətlər gəlir.

Məni təsirləndirən, həm də qürurlandırandigər məqam – Sizin gəlib çatdığınız bu yaş həddindən qat-qat yaşlı əsərlərkülliyyatınızın – Azərbaycanın ədəbi fikir, elm, teatr tarixində öz layiqliyerini tutmuş unikal yaradıcılıq irsinizin, eyni zamanda bu gün hər sahədənadir rast gəlinən və bu səbəbdən, sözün əsl mənasında, təbərrükə çevrilənMükəmməlƏdəbi Dil Nümunələri olması, Azərbaycan dilinin, ondan istifadə mədəniyyətininqorunmasına və zənginləşməsinə xidmət etməsidir.

Azərbaycanın ədəbi-mədəni,elmi-ictimai həyatı üçün əlamətdar olan bu tarixi gündə milli ədəbiyyatın,mədəniyyətin, ədəbiyyatşünaslıq elminin tərəqqisi naminə göstərdiyiniz misilsizxidmətlərə görə Sizə, ilk növbədə, vətəndaş minnətdarlığımı bildirir,milli-mənəvi maarif uğrunda göstərilən bu əvəzsiz xidmətin, ərsəyə gətirilmiştitanik əməyin daim öz bəhrəsini verəcəyinə, ziyasını bu xalqdan, millətdənəsirgəməyəcəyinə inanıram.

Yolunuz aydın və rəvan olsun!Yaradıcılıq əzminiz, ədəbiyyata, bədii Sözə sevginiz tükənməsin! Bu 75 ilinaxarıyla Sizi isti, doğma ata ocağıtək qoruyan müqəddəs xatirələr, yüksək amal,əqidə və məslək sahibləri olan o işıqlı, nurlu simalar hamımızın köməyi olsun!

TƏQVİM / ARXİV