adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 May 2018 12:48
12086
DÜNYA
A- A+

Terrorçu ailə partlayışlar törədib - 11 ölü, 40 yaralı

İndoneziyanın Surabaya şəhərində yerləşən üç kilsədə törədilən terror aktlarında ən azı 11 nəfər ölüb, 40 nəfər yaralanıb.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, kilsələrdəki partlayışları bir ailənin üzvləri törədib.

Terror aktlarının həyata keçirilməsində 9 yaşlı uşaqdan istifadə edilib. Polis müəyyən edib ki, uşağın atası, anası, 16 və 18 yaşlı qardaş-bacıları terror aktlarını törədib.

Qeyd olunub ki, ailə İŞİD terror təşkilatının üzvü olub.