adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 May 2018 12:19
135729
İDMAN
A- A+

Alpaqut Turan döyüş sənəti üzrə Bakı birinciliyi keçirildi

Azərbaycan Alpaqut Federasiyası Mətbuat Xidmətinin yaydığı məlumata görə dünən Şağan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Alpaqut Turan döyüş sənəti üzrə Açıq Bakı birinciliyi keçirilib.

Çempionatda bütün yaş qrupları üzrə 40 yaxın komanda olmaqla 300 dən artiq idmançı güclərini sinayıblar.



Dövlət himninin sədası altında idmançılar yarış meydadına daxil olandan sonra rəsmi açılış mərasimini Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev açıq elan etdi. Sonra yarışın qonaqları çıxış edərək alpaqutçulara uğurlar dilədilər.

Dörd sistem üzrə keçirilən yarışın sonunda qaliblər diplom, medallar və kubokla mukafatlandirildı.
Komanda hesabı ilə Abşeron birinci yer, Qazax ikinci yer, Suraxanı isə üçüncü yeri tutmuşlar.