adalet.az header logo
  • Bakı 13°C
14 May 2018 10:24
20120
MƏDƏNİYYƏT
A- A+

Bələdiyyə üzvünün təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının dəstəyi, Binəqədi Rayon Binəqədi Bələdiyyəsinin üzvü Aysel Əlizadənin təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə rayonun fəal gənclərinin paytaxtımızda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Adalet.az xəbər verir ki, ekskursiya iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə açılmış yeni sərgi ilə tanış oldular. Mərkəzin əməkdaşları iştirakçılara məlumat verərək bildirdilər ki, orjinal dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən Mərkəz öz binasının modern üslubu ilə həmahənglik təşkil edir. Müasir Bakının simvollarından birinə çevrilən Mərkəzdə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv sənədləri, eləcə də müxtəlif unikal eksponatlar nümayiş etdirilir. Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə məlumatlar ziyarətçilərə interaktiv formada təqdim edilir. Muzeydə ümummilli liderin ailəsinin ötən əsrin 30-cu illərində çəkdirdiyi fotoşəkillər, ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimləri, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müxtəlif dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Sonra iştirakçılar ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti mövzusunda çəkilmiş filmi seyr etdilər. Heydər Əliyev Mərkəzində yerləşən "Azərbaycan inciləri” muzeyinə ekskursiyadan da ziyarət iştirakçıları böyük təəssüratlarla ayrıldılar. Iştirakçılara Azərbaycan xalçalarının yayılma arealı, kosmik texnologiyaların inkişaf tarixi, ölkəmizdə postmodernizm üslubunda işlənən sənət əsərləri haqqında geniş məlumat verildi.

Sonda xatirə şəkli çəkildi və ekskursiya yekunlaşdı.