adalet.az header logo
  • Bakı 21°C
14 May 2018 10:59
14766
DÜNYA
A- A+

Qum qasırğası, ardınca leysan 60-dan çox adamı öldürdü

Hindistanın müxtəlif rayonlarında hökm sürən qum qasırğaları, ardınca leysan yağışları insan tələfatı və ağır dağıntılara yol açıb. Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 60-da çox adam həyatını itirib.

Təbii fəlakətdən daha çox ziyan çəkən Uttar-Pradeş, Andxra-Pradeş, Qərbi Benqaliya, eləcə də Dehlinin ətraf rayonları olub.

Daha çox insan tələfatı isə Uttar-Pradeş rayonunda qeydə alınıb, burada 38 nəfər ölüb. Burada qum qasırğası və yeysan yağışları 10 evi tamamilə dağıdıb.