Məşhur aktyor 2 milyona ev aldı
Türkiyənin məşhur aktyoru Səlcuq Yöntəm yeni ev alıb.
Adalet.az türk mətbuatına istinadən xəbər verir ki, aktyor körfəz mənzərəli yeni evinə 2 milyon dollar ödəyib.
Yöntəm məşhur modelyer Filip Stark imzası daşıyan layihədən qazandığı bütün məbləği əmlaka xərcləyib. Aktyor 1 ay sonra yeni evinə köçəcək.